Əsas səhifə Texnologiya “Angry Birds” birjada – Şirkətin dəyəri 1 milyard dolları keçdi

“Angry Birds” birjada – Şirkətin dəyəri 1 milyard dolları keçdi

212
PAYLAŞ

“Angry Birds” oyunlarının istehsalçısı “Rovio Entertainment Ltd” şirkətinin səhmlərinin Helsinki birjasında ilkin kütləvi yerləşdirməsi (İPO) baş tutub.

Şirkətin bir səhmi 11.50 avrodan satışı çıxardılıb. Qısa müddətə səhmlərin qiyməti 5.3% artımla 12.11 avroya qalxıb.

Oyunları dünya üzrə 3.7 milyon dəfə endirilən “Rovio Entertainment Ltd”nin bazar dəyəri  896 milyon avro (1.06 milyard dollar) olub.

Şirkət necə quruldu?

2003-cü ildə 3 gənc bir şirkət qurur. 51 dənə oyun yazırlar və heç cür alınmır. Artıq batacaq hala gəlib çıxırlar və bir oyun daha yazmaq qərarına gəlirlər. Gündə 10 yeni fikir irəli sürürlər və bir gün Angry Birds-ü yaradırlar.

Quruculardan Angry Birds-ün necə yarandığını, hər biri şirin, bir-birindən fərqli və son dərəcə əsəbi bu quşlar, haradan çıxdı deyə soruşulduqda cavabı:

– Dizayn komandamız uça bilməyən quşlar konsepsiyasını irəli sürdü ilk olaraq. Sonra komandanın qalanı da bu fikri bəyəndi.

Bəs niyə düşmən olaraq donuzlar seçildi?

– Oyunu dizayn etdiyimiz vaxtlarda donuz qripi epidemiyası var idi və xəstə, yaşıl donuzlar uyğun bir düşmən olaraq görünürdü.

PAYLAŞ