Amerikalılar “Steve Jobs” brendini italyanlardan ala bilmədi

0
859

İtaliyanın “Steve Jobs” şirkəti ABŞ-ın texnologiya nəhəngi “Apple”ın yaradıcısının adı ilə bağlı olan brenddən istifadə hüququnu öz əlində saxlayıb.

Lent.az-ın “Napoli Repubblica”ya istinadən verdiyi xəbərə görə, “Apple” bu brendi italyanlardan almaq üçün 2012-ci ildən bəri apardığı hüquqi mübarizəni uduzub.

Amerikalıların iradı Stiv Cobsun adından çox, italyan startapının markasının təsviri ilə bağlı olub. Belə ki, “Steve Jobs”un yazılışında J hərfi dişlənmiş almanı xatırladır ki, bu da məhz “Apple” korporasiyasının simvolu kimi tanınıb. Lakin hakimlər hesab ediblər ki, J hərfinin yazılışı ilə alma arasında hər hansı ümumi cəhət yoxdur və bu ticarət markasının istifadəsinin qadağan olunmasına əsas yoxdur.

Qeyd edək ki, “Steve Jobs” şirkətinin təsisçiləri Vinçentso və Cakomo Barbatolardır. Şirkət dəbli geyimlərin tikilməsi ilə məşğul olur.