Əsas səhifə Startup Amerikada məhsulunu satmaq istəyirsən? Bu indi daha rahat oldu.

Amerikada məhsulunu satmaq istəyirsən? Bu indi daha rahat oldu.

1394
Paylaş
MDB və Türkiyə bazarlarına fərqlilik gətirəcəyi gözlənilən GetnSmile.com un fəaliyyətə başlamağına artıq bir neçə gün qalıb.
GetnSmile.com onlayn platforması bu ölkələrin istehsalçılarına öz məhsullarını ABŞ müştərilərinə satmaq imkanı təklif edir. Şirkətin rəsmi təqdim olunma mərasimi 2018-ci ilin ilk günlərində San-Fransiskoda keçiriləcək.
GetnSmile.com Azərbaycan, Türkiyə, Ukrayna və Rusiyanın bir çox istehsalçıları ilə danışıqlar aparır və onların bəziləri ilə artıq əməkdaşlıq etməkdə razılığa gəlib və bu siyahı genişlənməkdə davam edir. Veb səhifə bütün bu firmaların özlərini dünya bazarına təqdim etmələrini təmin edəcək. Bu mənada, GetnSmile.com yerli və milli şirkətlərlə əməkdaşlıqda onların sahibkarlıq fəaliyyətlərini dəstəkləyir.
“Biz bu adı seçdik, çünki fəaliyyətimizlə həm alıcıları həm də satıcıları sevindirmək istəyirik”, dedi proyektin rəhbəri Fuad Ağayev, “ bizm komandanı birləşdirən sonsuz inam və istəkdir, və tezliklə çox böyük bir korporasiya halına gələcəyimizdən əminik”.
Nəzərinizə çatdıraq ki, onlayn ticarət son illərdə ən sürətlə inkişaf edən sənaye sahələrindən birinə çevrilib. Yer üzərində yaşamın sürətlənməsi, zamanın çox mühüm bir məhfum halına gəlməsi insanların onlayn ticarətə olan və artmaqda davam edən marağının başlıca səbəbidir.
Bu səbəbdən, təsadüfi deyilki, bu sənayedə olan müəssisələrin böyük əksəriyyəti müsbət nəticələr əldə edib və böyük uğurlara nail olub, və bu “ GetnSmile.com” un potensial uğuruna bir işarədir.
Paylaş