Amazonun qurucusu haqqında 6 maraqlı fakt

Date:

Paylaş:

Şəxsi sərvəti təxminən 83 milyard olan Bezos, Forbes 2017-ci ilin məlumatlarına görə dünyanın ən zəngin 3. insanı mövqeyindədir. Təbii ki, Jeff Bezosun da bugünkü mövqeyinə çatması digər bir çox milyarder kimi asan olmayıb. Onun haqqında bilinən bir çox şey var əlbəttə ancaq Jeff Bezos haqqında bilinməyənlər də bir xeyli diqqət çəkicidir. Bezos haqqında az bilinən 6 məlumat:

ceff bezos

Ögey atası tərəfindən yetişdirildi

Jeff Bezosun əsl adı Jeffrey Preston Jorgensenlitdir. 12 Yanvar 1964-cü ildə doğulan Bezosun valideynləri bir yaşında ayrılıblar. Daha sonra anası Miguel Mike Bezos adında biriylə evlənib. Jeff Bezosun soyadı ögey atasına məxsusdur.

İxtira etməyi çox sevirdi

Günəş enerjisiylə çalışan tava, robot, lazer kimi şeyləri kiçik yaşda öz başına yaratmağa çalışan Bezos, qardaşlarının otağına girmələrinin qarşısını almaq üçün üçün elektrikli maneə belə yaratmışdı.

Məktəbdə birinci oldu

Oxuduğu məktəbdən birinciliklə məzun olan Bezos Princeton Universitetində əvvəl fizika təhsili aldı ancaq daha sonra ixtisasını dəyişdirərək kompüter və elektron mühəndisliyinə keçdi.

Təvazökar bir həyat yaşayır

Jeff Bezos Amazonu yaratdığı zaman da təvazökar bir həyat yaşayırdı, indi də elə yaşayır. Məşhur təşəbbüskar qarajında ​​taxtadan düzəltdiyi masanı hələ də ofisində istifadə edir.

Washington Postun sahibidir

Milyarder təşəbbüskar, 250 milyon dollar qarşılığında ABŞ-ın nüfuzlu qəzetlərindən olan Washington Postu satın alıb.

Kosmos sektoruna sərmayə qoyur

Uşaqlığından etibarən kosmosa marağı olan Bezos 2000-ci ildə Blue Origin adlı bir kosmos şirkəti qurub. Məqsədi hər kəsin kosmosa səyahət etməyini təmin etməkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...