Əsas səhifə Satınalma Amazon, “Whole Foods”u 13,2 milyard dollar qarşılığında satın aldı

Amazon, “Whole Foods”u 13,2 milyard dollar qarşılığında satın aldı

177
PAYLAŞ

ABŞ-ın ən böyük e-ticarət şirkəti olan Amazon, son illərdə müxtəlif sahələrə daxil olması ilə diqqət çəkir. “Marja” xəbər verir ki, bunlardan biri də “AmazonFresh”in  təzə ərzaq paylamağa başlaması oldu.
 
Los Anceles və Seattle-də başlayan xidmət, internet üzərindən market alış-verişi aparılmasını təmin edir. Daha sonra San Fransiskoda, İngiltərədə Londonda, Almaniyanın Berlin şəhərində də xidmət göstərməyə başlayan “AmazonFresh”in, fəaliyyət miqyasını genişləndirməsilə bərabər, “Walmart” kimi nəhənglərə də rəqib olması hədəflənir.

Amazon, bu çərçivədə mövqeyini gücləndirmək istədi və təbii (orqanik) qidalar şəbəkəsi “Whole Foods”a apreldə talib oldu. 21 əyalətdə xidmət göstərən şirkətin dəyəri, o zaman təxminən 10,7 milyard dollar olaraq qeyd edilirdi.  Amazon-un şirkətə gözü düşdüyü barədə xəbər çıxandan sonra, “Whole Foods”ın səhmləri bahalaşdı və sonda Amazon ilə əl sıxdı.

Verilən məlumata görə, Amazon “Whole Foods Market Inc”  şirkətini 13,7 milyard dollar qarşılığında satın alacaq.

Amazon-un bu günə qədər ən böyük satıalması 2014-cü ildə internetdən oyun canlı yayımları xidməti təqdim edən “Twitch” olmuşdu. Amazon, “Twitch”i 970 milyon dollar nağd pul qarşılığında satın almışdı.

Martın sonuna olan məlumatlar agörə, mərkəzi ofisi Seattle-da yerləşən Amazon-un kassasında 21,5 milyard dollar nağd pulu var.

PAYLAŞ