Əsas səhifə Biznes Amazon bazar dəyəri 1 trilyon dolları aşan ilk şirkət olacaq

Amazon bazar dəyəri 1 trilyon dolları aşan ilk şirkət olacaq

179
PAYLAŞ

Nyu-York Universitetinin professoru Anindya Ghose, mövcud vəziyyəti nəzərə aldıqda elektron ticarət nəhəngi Amazon-un bazar dəyəri baxımından 1 trilyon dollarlıq baryeri aşan ilk şirkət olacağını deyib.


 
“Marja” xəbər verir ki, şirkətin hazırkı dəyərinin 476 milyard dollar olduğunu nəzərə aldıqda bunun üçün birjalardakı səhmlərinin 110,1 faiz artması lazımdır.

Ancaq bu inkişafın bir bədəli də ola bilər. Ghose, “Business Insider”a verdiyi açıqlamada, “Bu qədər bir böyümə vəziyyətində bir çox insan işindən ola bilər. Amazon fiziki mağazalarda insanların istehlakçılar ilə məşğul olmasını istəmir” deyib.

“Amazon Go” adı ilə ABŞ-ın Sietl əyalətində fəaliyyətə başlayan yeni sistemdə, müştərilər ehtiyac duyduqları malları alaraq hər hansı bir əməliyyat aparmadan mağazadan çıxa bilir. Bu da işçi qüvvəsinə olan ehtiyacı azaldır.

PAYLAŞ