Əsas səhifə İş adamları Almaniyalı Bachem’in təşəbbüskarlıq sirri

Almaniyalı Bachem’in təşəbbüskarlıq sirri

676
PAYLAŞ

Thomas Bachem, 12 yaşında dizayn və kodlama öyrənib. 14 yaşında təşəbbüskar olub. Son 15 ildə 8 şirkət qurub. Bachem, indi isə Berlində proqramçılar, digital dizaynerlər və təşəbbüskarlar üçün özəl bir universitet olan Code Universitetini qurur.

Thomas Bachem, Almaniyanın ən müvəffəqiyyətli texnologiya təşəbbüskarlarındandır. Bu günə qədər Lebenslauf.com, Sevenload, United Prototype, Scaling Technologies ilə Fliplife kimi müxtəlif web şirkətlərini realizə edib. Onun təşəbbüskarlıq hekayəsi, o hələ 14 yaşında olanda başlayıb. Böyük web layihələrinə və fərqli açıq qaynaq proyektlərində iştirak edib, aktiv bir proqramlama inkişaf etdirib və bütün bunların qurucusu olub. Bu zaman ərzində öz web agentliyini və proqramlama inkişafı web saytlarını qurub. Bütün bu təcrübələri yaşayarkən bu günkü təməl komandası ilə yanaşı, qurucu ortaqlarının kilid üzvləriylə bir araya gəlib. Bachem, biznes fəaliyyətlərini sürdürərkən, Köln Business School’da dərs verir, konfranslarda və alman blog’larında spiker olaraq yer alır, bütün bu təcrübələrini bir yazar olaraq da paylaşır. Thomas Bachem ilə təşəbbüskarlıq hekayesini sizə təqdim edək:

GƏNCLƏRİ GÜCLƏNDİRMƏK İSTƏYİRƏM

“31 yaşımda Almaniyadan bir proqramçı, dizayner və təşəbbüskar idim. 2000-ci ildən bəri müxtəlif internet layihələrin təşəbbüskarıyam, birdən artıq şirkət qurdum və inkişaf etdirdim. Proqramçılıq və digital məhsul dizaynı mövzusunda çox istəkliyəm. Bəzi açıq qaynaq proyektlərinə öz tövhəmi vermək üçün əlimdən gələni edirəm. Almaniyada və dünyada təşəbbüskarlığı təşviq etmək, gənc təşəbbüskarları gücləndirmək və təşəbbüskarlıq ekosistemini qüvvətləndirmək istəyirəm. Son 15 ildə altı ədəd biznes məqsədli və iki qeyri-kommersiya məqsədli şirkət qurmuşam. Qısa xülasə verməyim lazımsa, ilk olarak Scaling Technologies’i qurmuşam. 2000-ci ildə qurulan şirkətdə, az miqdarda seçilmiş və olduqca məmnun müştəriləri, web saytlarını və IT platformalarını mühafizə etmək və idarə etmək üçün dəstəklədik. Sonra isə, oyunçuların sanal həyatlarını qurduqları və xəyallarındakı karyeranı izlədikləri onlayn brouzerli oyun olan Fliplife’ı qurdum. Fliplife 2010-cu ildə quruldu və 2012-ci ildə KaiserGames’ə satıldı.

ÖZƏL MÜŞTƏRİLƏR ÜÇÜN SAYTLAR

Daha sonra, kiçik bir internet agentliyi olan United Prototype’ı qurdum; özəl müştərilər üçün web saytlar və onlayn platformaları dizayn və inkişaf etdirirdik. Bundan sonra, bir zamanlar ən böyük alman fotoqrafiya və video platformasə olan Sevenload’u qurdum. 2005-ci ildə bu təşəbbüsümüzü həyata keçirdiyimizdə, bizə ‘Alman YouTube’u’ deyirdilər. 2010-cu ildə Hubert Burda Media’ya satıldı. Bundan sonra, Almaniya’nın ən tanınmış iş müracət editoru Lebenslauf.com’u qurdum. Ayda 50 mindən çox insan professional müracət məktubunu və CV-sini hazırlamaq üçün saytdan istifadə edirdi. 2014-cü ilin mayında XING’ə satıldı.

MƏHSUL HƏDƏFLİ TƏŞƏBBÜSLƏR

Qazanc məqsədi güdən şirkətlərin üçü də satın alınan, məhsul hədəfi təşəbbüslərdi (onlayn video, brauzer oyunu və SaaS / İK), ikisi xidmət mərkəzli şirkət idi (agentlik və hostinq) və sonuncusu da mövcud təşəbbüsümüz, Berlində yerləşən Code Universiteti. Code Universitetini qurmağı çox arzu edirdik, çünki, sırf proqramlama developerləri üçün üniversitetimiz yoxdur. Məhz bu üzdən, digital texnologiya iqtisadiyyatı üçün özəl, beynəlxalq, dövlət tərəfindən akkreditə edilmiş bir üniversitet və kampus qururam. Ayrıca, Almaniyadaki təşəbbüslərin lobbisi və səsi olan Alman Təşəbbüskarlıq Vəqfini qurdum. Yeni proyektləri təşviq etmək və digər təşəbbüslərdəki mələk investisiyalarımı idarə etmək məqsədilə də şəxsi yatırım holdinqim Bachem Ventures`i qurdum.

MÜVƏFFƏQİYYƏT GƏTİRƏN XÜSUSİYYƏTLƏR

Məni müvəffəqiyyətli edən vərdişlərimə gəlincə…. Bunun cavabı, güclü yönlərimə konsentrasiya qurmaq və zəif yönlərimdə işləri bilən başqalarına tapşırmaq. İnsanlar ümumiyyətlə, zəif yönlərini qəbul etməkdə həmişə əziyyət çəkirlər. Əslində, bu çox təbii bir xüsusiyyətdir. Kimsə hər şeydə mükəmməl ola bilməz. Bunu özümüzdən gözləmək çox ciddi bir yanılmadır. Mən, əllərini kirlətməyi sevən, çox yaradıcı və tənqid edən bir şəxsəm, ancaq həmişə yaxşı bir idarəşi deyiləm. Uzun müddət boyunca bu mövzuda özümü çox pis hiss etdim. Bunun üzərinə də, çox düşünüb daşındım. Ancaq indi anlayıram ki, güclü yönlərim, təşəbbüslərdəki gizli silah ola bilər.

İÇİNİZDƏKİ SƏSƏ GÜVƏNİN

Bu işə başladığımda özümə tövsiyə vermək şansım olsaydı.. Hadisələrin görünüşlərindən daha sadə olduqlarını, bədbin və nəsihətçi şəxslərə daha az qulaq asmağı və istedadlarımı xor görməməyim gərəkdiyini söylərdim. Bəzən özümü, öz başıma önəmli qərarlar vermək üçün çox gənç və təcrübəsiz hiss edirdim. Ancaq bu doğru deyildi. İnsan hər yaşda problemlərin fərqinə varıb bunlara bir həll tapa bilir. İçinizdəki səsə güvənin..

KOMANDAMA ÇOX İNANIRAM

Code Universitetini qurma məqsədim, mənim şəxsi hekayəmdədir… Məktəbi bitirdiyim vaxt təhsil alacağım sahəni düşünərkən, bilgisayar fənləri təhsilinin çox zaman həqiqi proqramlama inkişaf etdirmək yerinə, riyaziyyat və komputer nəzəriyyəsinə konsentrasiya olduğunu öyrəndiyimdə şok yaşamışdım. Əslində mən, kodlama oxumaq istəyirdim və o zamankı üzüntümü və xəyal qırıqlığımı heç bir zaman unuda bilmərəm. Bilgisayar mühəndisliyi yerinə, menecment oxumağa başladım, ancaq niyə proqramlama inkişaf etdirmək üçün yaxşı bir təhsil proqramının mövcud olmadığını düşünməyi də əsla unutmadm. İndi isə, bunu dəyişdirmək istəyirəm. Uzun müddətdir özəl bir üniversitet qurmaq təcrübəsi olan insanlar axtarırdım və nəhayət, hazırki qurucu ortaqlarımı tapdım. Onları kodlama üniversiteti vizyonumla razı saldım və beləcə komandamızı qurduq. Komandamıza çox inanıram.

BEYNƏLXALQ UNİVERSİTET OLACAQ

Biz qısaca, ənənəvi təsisatlardan tamamən fərqlı bir təhsil təcrübəsi olan bir universitet qurmaq istəyirik. Əlimizdən gəldiyi qədər çox tələbəni, önümüzdəki illərdə ehtimal ki, bir neçə yüz tələbə ilə işləməyə çalışacağıq. Ancaq Code Berlin adresindəki web saytımızda bu mövzu ilə əlaqəli çox şey oxuya bilərsiniz. Beynəlxalq müraciətləri də qəbul edirik. Code həqiqətən də, beynəlxalq bir universitet olacaq. Tamamən İngilis dilində təhsil verəcəyik və bu iş Berlin’də qurulur. Kodlama üçün içdən olduqca tutqulu olan və bu mövzuda özünü inkişaf etdirmək istəyən hər kəsi mütləq gözləyəcəyik!”

ƏN BÖYÜK İSTƏYİM

Hazırda Berlin’də proqramlama inkişaf etdirənlər, digital dizaynerlər və təşəbbüskarlar üçün xüsusi bir universitet olan Code’u qurmaqdayam. Bu, tipik bir təşəbbüskarlıqdan tamamən fərqli bir şeydir, bu səbəbdən də, öncəki təşəbbüslərimlə qarşılaşdırmaq olduqca çətindir. Mələk investor olaraq yatırımlar edirəm. Yeni işləri böyütmək və əlavə dəyər qatmaq ən böyük, tutqulu arzumdur. Yatırım etdiyim təşəbbüslərə kömək edə bilmək, artırdığım bu təcrübənin və çevrəmin girişimimizi həqiqətən irəliyə apara bilməsini görmək mənim üçün inanılmazdır, çox dəyərlidir.

12 YAŞIMDA PROQRAM KODLAMA ÖYRƏNMİŞƏM

Bu gün dönüb geriyə baxdığımda müvəffəqiyyətimdəki ən vacib səsblərdən, hələ 12 yaşımda olarkən dizayn və kodlama öyrənməyim olduğunu düşünürəm. Təşəbbüskar olmaq, onu həyata keçirmək çox tətmin edici bir şeydir. Bütün təşəbbüslərimi satdıqdan sonra, nəhayət ki, davamlılığı olan bir müvəffəqiyyət əldə edə biləcəyim bir şey inşa etməyi umuram.. Bu səbəblə də, Code University’ni açmağa qərar verdim. Məncə, davamlı bir iş təsis etmək, məhz bu edilməsi çox çətin bir işdir…

Azərbaycanda uğurlu işlərə imza atan 10 təşəbbüskar

PAYLAŞ