16 yaşında 80 min dollar qazanırdı – ayda!

Date:

Paylaş:

Orta məktəbdə oxuyan şagirdlərin bəlkə də ən böyük arzusu universitetə qəbul olmaqdır. Çünki gələcəkdə yaxşı bir işə qəbul olmaq üçün ali təhsil önəmli amillərdən biridir. Ancaq bəzi insanlar var ki, onlar universitetə daxil olsalar da məzun ola bilməyiblər. Bəziləri isə ümumiyyətlə təhsil almayıblar. Buna baxmayaraq bu gün milyard dollarlıq şirkətlərə başçılıq edirlər. Onlardan bəziləri ilə tanış olun.

1. Gabe Newell – 1.26 milyard $

varlı insanlar

Gabe Newell məşhur video oyun şirketi Valve Corporationın həmtəsisçisidir. Bu şirkəti tanımaylar olsa belə mütləq HalfLife oyununu tanıyarlar. Gabe Newell Harvard universitetində oxuyan zaman universitetdən heç bir şey öyrənmədiyini iddia edib və təhsilini yarıda qoyub. Boş vaxtlarını qardaşının işlədiyi Microsoftda keçirib və orada proqramlaşdırma ilə bağlı bir çox şeyi öyrənib. Daha sonra Microsoftdan iş təklifi də alıb və 13 il Microsoftda işləyib. 1996-cı ildə Microsoftdan ayrılıb Valve şirkətini yaradıb və hazırda 1,26 milyard dollarlıq sərvətin sahibidir.

2. Jack Dorsey – 2.5 milyard $

Jack Dorseyi tanımaya bilərsiz amma Twitteri eşitməyən insan yoxdur. Jack uşaq yaşlarından proqramlaşdırma ilə məşğul olan insandır. New York universitetində təhsil alan zaman ağlına twitter yaratmaq fikri gəlib və buna görə universiteti tərk edib. Bu risk idi amma hazırda 2.5 milyard dollar sərvətin sahibi Jack ağıllı addım atmışdı.

3. Sean Parker – 2.7 milyard $

Sean Parker Napster adlı saytın həmtəsisçisidir. Facebookun ilk rəhbəri kimi də tanınır. Parkerin balacalıqdan ən böyük marağı proqramlaşdırma və xakerlik olub.16 yaşında milyard dollarlıq bir şirkətin serverlərinə qanunsuz daxi olduğu üçün FBI tərəfindən yaxalanıb və həbs edilib. Bundan sonra saysız hesabsız iş təklifi alan Parker hələ o yaşlarında ayda 80.000 dollar qazanırdı. Bu qazancı ilə ailəsini məktəbi tərk etməyi ilə bağlı razı sala bilmişdi. Sean Parkerin hazırda 2.7 milyard dollar sərvəti var.

4. Steven Spielberg – 3.6 milyard $

Dünyanın ən məşhur rejissorlarından biri. Steven Spielberg kiçik yaşlardan bəri film çəkməyə çox marağı var idi və 16 yaşında ilk filmi Firelightı çəkib. Atasından aldığı borcla çəkdiyi ilk filmin xərcini bir gecədə ödəyib. Məktəbdən məzun olduqdan sonra qiymətləri yaxşı olmadığı üçün istədiyi universitetə qəbul edilmir. O da məcbur olub Kaliforniya Dövlət Universitetinə daxil olur. Universitetdə təhsil alan zaman bir şirkətdən təklif alır və bu təklifə görə təhsili yarıda buraxmalı olur. Hazırda onun 3.6 milyard dollarlıq sərvəti var.

5. Ralph Lauren – 7.1 milyard $

Ralph Lauren kiçik yaşlarından artıq qarşısına məqsəd qoymuşdu və moda dünyasından pul qazanmaq istəyirdi. Məktəbdə şagirdlərə qalstuk sataraq ilk pulunu qazanıb. Unversitetə daxil olsa da ilk ilində hərbi xidmətə getmək qərarı verdi və təhsili yarıda buraxdı. Lakin ordu da çox qala bilməyib hərbi xidmətini yarıda buraxd. 1 il sonra Polo markasını yaratdı və hazırda sərvəti 7.1 milyard dollardır.

6. Michael Dell – 18.7 milyard $

Michael Dell ilk dəfə kompyuterlə 15 yaşında tanış oldu və elə həmin gün cihaz sanki onu ovsunladı. 4 il boyunca kompyuterin başından ayrılmadı, bütün detalları incələdi və cəmi 19 yaşında 1000 dollarlıq büdcə ilə Dell şirkətini yaratdı. Həmin dövrə tələbə olan Dell kompyuterlərə tələbatın çox olduğunu gördü və təhsilini yarıda buraxmalı oldu.

7. Sheldon Adelson – 28.7 milyard $

Yoxsulluq içində böyüyən Sheldon çox yaxşı investordur. O həm də LasVegas kazino imperatorluğunun sahibi kimi də tanınır. 12 yaşında Bostonda qəzet sataraq ilk dəfə pul qazanmağa başlayan iş adamı, ali təhsil aldığı müddətdə təhsilini yarıda buraxıb orduya getmək qərarı alıb. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmədən iş həyatına başlayıb və 50-ə yaxın sektorda özünü sınayıb. Bir çox sektorda uğur qazanan Sheldonun hazırki sərvəti 28.7 milyard dollardır.

8. Mark Zuckerberg – 54 milyard $

Mark Zuckerberqi tanımayan az insan var hər halda. Gənc yaşına baxmayaraq artıq dünyanın ən varlı 4-cü insanıdır. Sərvətini dünyanın ən böyük sosial şəbəkəsi facebook sayəsində qazanıb. Harvard universitetində əla oxuyan tələbə olsa da facebooka görə universiteti yarıda qoyub.

9. Larry Ellison – 49.2 milyard $

Kiçik yaşlarından texnologiyaya marağı olan Larry bir neçə universitetə daxil olsa da heç birindən məzun ola bilməyib. O gənc yaşında Oracle şirkətini yaradıb və sərvəti 50 milyard dollara yaxın sərvəti var.

10. Bill Gates – 84 milyard $

Qəribədir amma dünyanın ən varlı insanı da ali təhsili yarıda buraxanlardandır. Yaxın dostu Paul Allen ilə birlikdə Microsoftu qurmaq üçün universiteti yarıda qoymalı olub. O microsoft sayəsində bu gün dünyanın ən varlı insanıdır və sərvəti 84 milyard dollardır.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...