Ali Ağaoğlunun həyatı

Date:

Paylaş:

Ali Ağaoğlu kimdir

Ali AğaoğluAğaoğlu” Şirkətlər Qrupu İdarə heyətinin başçısı olan türk iş adamıdır. İnşaat sektorunun Türkiyədəki ən məşhur adlarından biri olan Ali Ağaoğlu, səmimiliyi və çalışdığı sektordakı böyük müvəffəqiyyətiylə tanınır. Özünü inşaatçı yox, həyat memarı kimi gördüyünü söyləyir.

Ali Ağaoğlu 1954-cü il 3 mart tarixində Trabzonda dünyaya gəlib. Atası Mithat Ağaoğlu İstanbulda dövrünün tanınmış podratçılarından biri olub. Atasının da təsiriylə gənclik illərində bir tərəfdən oxuyub bir tərəfdən də tikintidə bu peşənin təməllərini öyrənən Ali Ağaoğlu 1975-ci ildə atasının keçirdiyi ciddi ürək narahatlığından sonra bir müddətlik ailə işlərinin başına keçməli olub. Bu dövrdə işləri ağır olduğu üçün məktəbi yarıda qoymaq məcburiyyətində qalmışdı.

İş həyatı

Atası ilə ticari yollarını 1977-ci ildə ayırmasından sonra Ağaoğlu Şirkətlər qrupunu quran Ali Ağaoğlu qısa bir müddət içində tikinti, turizm və əmlak sektorunun ən böyük adlarından biri olur. 1981-ci ildən etibarən yaşayış kompleksləri tikməyə başlayan Ağaoğlu Şirkətlər Qrupu, xüsusilə 1990-cı illərin sonlarında başladığı “My” anlayışlı kompleksləri ilə Türkiyədə inşaat sektorunun gələcəyini təyin edən insanlardan biri olub. My World, My Office, My Towerland kimi layihələri ilə Ataşehir, AyazmaÇekmeköy bölgələrinə böyük bir canlılıq gətirən Ağaoğlu Şirkətlər Qrupunun illik dövriyyəsi 2 milyard dollardan çoxdur.

Şəxsi həyatı

Şirkətinin reklamlarında belə özü çəkilən iş adamı xalq ilə yaxın olan bir insan kimi tanınır. Ağaoğlu, iş həyatı ilə yanaşı şəxsi həyatı və lüks avtomobil sevgisi ilə də mediada ən çox danışılan insanlardan biridir. Aralarında Ferrari, TeslaBentlinin də olduğu lüks avtomobil kolleksiyası ilə bir çox qəzetə və tv proqramına xəbər olan müvəffəqiyyətli iş adamının lüks avtomobillərə qarşı böyük sevgisi var. Ali Ağaoğlu Forbes jurnalının 2012-ci ildə nəşr etdiyi “Ən Zəngin 100 Türk” siyahısında 10-cu sırada iştirak edib.

Ali Ağaoğlu hələ də ayrı yaşadığı ilk həyat yoldaşı ilə evlidir və bu evlilikdən iki uşaq sahibidir. Nigahlı və nigahsız bütün yoldaşlarından ümumi 5 uşağı var. Yaşının çox olmasına baxmayaraq gündə 15-17 saat arasında çalışan müvəffəqiyyətli iş adamı, 25-dən çox şirkəti tərkibində saxlayan Ağaoğlu Şirkətlər Qrupunun qurucusu və hələ də İdarə heyətinin başçısıdır. Hazırda onun 1 milyard dollar sərvəti var.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...