Əsas səhifə Auksion Albert Eynşteynin xoşbəxt həyatın sirrinə dair qeydi 1,56 mln dollara satılıb

Albert Eynşteynin xoşbəxt həyatın sirrinə dair qeydi 1,56 mln dollara satılıb

61
PAYLAŞ

Albert Eynşteynin xoşbəxt həyatın sirrinə dair qeydi Qüdsdə keçirilən auksionda 1,56 mln dollara satılıb.

Bu barədə “Report” xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd edək ki, 1922-ci ildə A.Eynşteyn Yaponiyada mühazirə kursu aparan zaman kuryer tərəfindən Nobel mükafatına layiq görülməsi xəbərini alıb. Onu əliboş qaytarmaq istəməyən, amma bunun Yaponiya ənənlərinə uyğun gəlmədiyini bilən fizik pul əvəzinə xidmətçiyə xoşbəxtliyin sirrini açmağa qərar verib.

İlk qeyd fizikin qaldığı hotelin blankında, ikincisi isə adi vərəqdə yazılıb. Orada deyilir: “Sakit və təvazökar həyat daim həyəcanla əlaqəli olan uğura can atmaqdan daha çox sevinc bəxş edir” və “İradə olan yerdə yol da var”.

Hərraca çıxarılan qeydlərin sahibi anonim qalmağı istəyib.

PAYLAŞ