Ağıllı investisiyaları ilə 9 milyon dollar sərvət qazanan Sylvia Bloom

0
1107

“Suits” serialına ilham mənbəyi olduğu iddia edilən bir hüquq şirkəti var: Cleary Gottlieb Steen & Hamilton.

Sylvia Bloom adlı bir xanım, adı keçən şirkətdə, 67 il katibə kimi işləyir. Katibəsi olduğu hüquqşünasların investisiya qərarlarını müşahidə edərək, onların aldığı səhmlərdən katibə maaşı ilə az miqdarda satın alıb.

1947-ci ildə Wall Street-də şirkətdə işə başlayanda, şirkətin az sayıda işçilərindən biri olub xanım Bloom. Bugün şirkətin 1200-dən çox sadəcə hüquqşünas kimi fəaliyyət göstərən işçi heyəti var. Silvia xanım, Böyük Böhranı (1929) gördüyü üçün, maddi imkanın olmamağının nə mənaya gəldiyini çox yaxşı dərk edib. Həyatını qənaətcil bir insan kimi davam etdirib.

11 Sentyabr 2001-ci il tarixində belə 84 yaşında olmasına baxmayaraq, işə metro ilə gedib. Eyni gün hadisələr baş verəndə, evə qayıdarkən, taksi ilə yox avtobusla gəlib.

Ölümünə yaxın məlum olub ki, xanımin qənaətcil yanaşması və ağıllı investisiyaları nəticəsində 9 milyon dollardan çox aktivi var. Sərvətinin 8,2 milyon dollarını, ehtiyacı olan tələbələrə təqaüd verilməsi barəsində vəsiyət yazdıqdan sonra köçüb gedib dünyamızdan.

Uzun sözün qısası, dünyanı təhsilə əhəmiyyət verən insanlar xilas edəcək… Təhsilə əhəmiyyət ver, dünyamızı qoru!

Sarvar Gurbanov, banco.az