Əsas səhifə Texnologiya “Ağıllı” döş nişanı yaradıldı – 99 dollara

“Ağıllı” döş nişanı yaradıldı – 99 dollara

160

GIF-fayllar sosial şəbəkələrin milyonlarla istifadəçisi arasında populyarlıq qazanır. “BEAM Authentic” şirkətinin mütəxəssisləri bundan istifadə edərək “ağıllı” döş nişanı hazırlayıblar.

lent.az techcult.ru saytına istinadla xəbər verir ki, əslində onu döş nişanı adlandırmaq düzgün deyil. Çünki GIF-faylların ötürüldüyü AMOLED-ekrana malik elektron qurğudan söhbət gedir.

Ekranı 400×400 piksel təsvir ölçüsünə malik olan “BEAM” qurğusunun qalınlığı 10 millimetr, diametri isə 50 millimetr təşkil edir. Qurğu gün ərzində tamamilə avtonom işləyə bilir. Qadceti işə salmaq üçün onu Bluetooth vasitəsilə smartfonla əlaqələndirmək lazımdır. Təsvirlər qurğuya həmin smartfondan yüklənir. Qurğunun yaddaşına yüzlərlə statik və animasiyalaşdırılmış şəkillər yerləşir. Döş nişanını maqnitlərin köməyi ilə geyimə bərkitmək mümkündür.

Qurğunun daha bir funksiyası əvvəlcədən seçilmiş bir neçə abunəçiyə smartfonun koordinatlarının qeyd edildiyi həyəcan ismarıcının ötürülməsidir. Bunun üçün qadcetin düyməsini 10 saniyə sıxılmış vəziyyətdə saxlamaq lazımdır.

Qeyd edək ki, qurğunun qiyməti 99 dollardır.

Paylaş