Adobe şirkəti bir rübdə 2 milyard dollar gəlir əldə edib

1
1287

“Adobe” şirkəti növbəti il üçün hesabatını açıqlayıb.

lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu şirkət üçün 2017-ci maliyyə ilinin dördüncü rübü dekabrın 1-də yekunlaşıb. Eyni zamanda bütün il üçün də məlumatlar dərc edilib.

Rüb ərzində rekord həcmdə – 2,01 milyard dollar gəlir əldə edilib ki, bu da daha əvvəlki illə müqayisədə 25 faiz çoxdur. “Digital Media” seqmentində rüb ərzində satışlar 1,39 milyard dollar olub. “Creative” seqmentində 1,16 milyard dollar, “Document Cloud” seqmentində isə 235 milyon dollara çatıb.

Şirkətin əməliyyat gəlirləri bir il ərzində 37 faiz, xalis mənfəəti isə 26 faiz artıb. Rüb ərzində 297 milyon dollar dəyərində 1,9 milyon ədəd səhm alınıb. Şirkətin bir il ərzində gəlirləri 7,30 milyard dollar olub ki, bu da müvafiq olaraq 25 faiz artıma bərabərdir.

“Adobe” şirkətinin bir il ərzində əməliyyat gəlirləri 2016-cı illə müqayisədə 45 faiz artıb. Şirkətin xalis mənfəəti də eyni artım göstəricisini nümayiş etdirib.

1 COMMENT