Əsas səhifə Xəbərlər Biznes xəbərləri Adobe şirkəti Magentonu 1.68 mlrd. dollara almaq üçün razılığa gəlib

Adobe şirkəti Magentonu 1.68 mlrd. dollara almaq üçün razılığa gəlib

109
Paylaş

Adobe şirkəti Magento Commerci 1.68 mlrd. dollara almaq barədə razılığa gəlib. Şirkətin alınması prosesi bu ilin 3-cü kvartalında yekunlaşdırılması nəzərdə tutulur. Bu dövrə qədər əqd requlyator tərəfindən təsdiq edilməlidir. Hələki hər iki şirkət ayrılıqda fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Magento Ecommerce sahəsində fəaliyyət göstərir və bu sektorda kifayət qədər paya malikdir.

Magento öz fəaliyyətini Varien adlı startupla 2001 ildə başlayıb. Elektron mağazalar üçün idarəetmə sistemi hazırlayan startup sonradan iri şirkətə çevrilmişdir. Hazırda şirkətin dünya üzrə 500 yaxın işçisi vardır. 2011-2015 illəri aralığında şirkət eBay-ın nəzarətində, 2015-ci ildən sonra isə Permira adlı investisiya şirkətinin nəzarəti altında fəaliyyət göstərib.

 

 

Paylaş