Əsas səhifə Kriptovalyuta ABŞ kriptovalyuta investorlarına xəbərdarlıq edib

ABŞ kriptovalyuta investorlarına xəbərdarlıq edib

90

ABŞ-ın kapital bazarının tənzimləyici qurumu olan “The U.S. Securities and Exchange Commision” (SEC) investorlara bitcoin və bu kimi virtual valyutalarla bağlı ehtiyatlı olmağı tövsiyə edib.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, SEC-in xəbərdarlığına əsasən, əyalət və federal tənzimləyiciləri qanunsuz maliyyə bazarları iştirakçıları səbəbindən yarana biləcək zərəri təmin edə bilməyəcək.

SEC rəhbəri Cey Kleyton (Jay Clayton) verdiyi açıqlamada qeyd edib ki, əksər virtual valyutaların emissiyası və digər rəqəmsal valyutalara investisiya, qiymətli kağızlarla bağlı federal və əyalət qanunlarına uyğun gəlmir. Tənzimləyicilər sürətlə artan kriptovalyuta bazarına nəzarət etmək istəsə də, investorları ehtiyatlı olmağa çağırıb.

Paylaş