Əsas səhifə Texnologiya ABŞ-da bir məktəb Snapchatdan milyonlar qazandı

ABŞ-da bir məktəb Snapchatdan milyonlar qazandı

761

ABŞ-ın Kaliforniya əyalətindəki Saint Francis məktəbinin Snapchatdakı payı, Snapchatın birjaya açılmasından sonra milyonlarla dollara çatdı.
Dünyaya səs salan internet layihələrinin ilk investorlarının kiçik xərclər nəticəsində nə qədər böyük bir gəlirə sahib olduğunu bilirik.

ABŞ-ın Kaliforniya əyalətindəki Saint Francis Liseyi keçdiyimiz günlərdə birjaya daxil olan Snapchatın ilk sərmayəçilərindən biri idi. Məktəbin direktoru Simon Chiu 5 il əvvəl Snapchata 15.000 dollarlıq bir sərmayə yatırdıqlarını söyləyib.

O dövrdə Snapchata edilən 15.000 dollar dəyərindəki sərmayədən əldə edilən səhmlər bu gün milyonlarla dollar dəyərə sahibdir.

Paylaş