Əsas səhifə Biznes Milyarder Abramoviç Nyu-Yorkda 18 milyon dollara daha bir malikanə aldı

Abramoviç Nyu-Yorkda 18 milyon dollara daha bir malikanə aldı

257
Paylaş

Rusiyalı oliqarx, hazırda Londonda yaşayan və “Çelsi” futbol klubunun sahibi olan Roman Abramoviç Nyu-Yorkda daha bir malikanə alıb.

Virtualaz.org “StarNews” telegram-kanalına istinadən xəbər verir ki, Şərq 75-ci küçədə yerləşən ev Abramoviçə 18 milyon dolara başa gəlib.

Bu, rusiyalı milyarderin həmin küçədə aldığı artıq dördüncü malikanədir və o, bu evləri birləşdirərək, şəhərin mərkəzində ən bahalı saray yarada bilər. Ümumilikdə, bu evlərə Abramoviç 100 milyon dollar xərcləyib.

Paylaş