Əsas səhifə Auksion 1976-cı il tarixli “Apple” kompüteri 355 min dollara satıldı

1976-cı il tarixli “Apple” kompüteri 355 min dollara satıldı

177
PAYLAŞ

“Christie’s” hərrac evi “Apple” korporasiyasının 1976-cı ildə buraxılan və hazırda işlək vəziyyətdə olan 6 kompüterindən birini satıb. “Apple I” kompüteri 355 min dollara satılıb.

Qeyd olunur ki, bu, eyni model kompüterlər üçün ən yüksək qiymət deyil. Belə ki, 2013-cü ildə bu modellərdən biri 671 min dollara, digəri isə rekord qiymətə – 905 min dollara satılıb. Müqayisə üçün deyək ki, elə həmin hərracda alman faşistlərinin 1944-cü ildə hazırlanmış məşhur şifrələmə aparatı “Eniqma” 547 min dollara atılıb.

“Apple”ın ilk kompüteri şirkətin həmtəsisçisi Stiv Voznyak tərəfindən şəxsi istifadə üçün işlənib hazırlanıb. Kompüterin qiyməti o vaxt 666,66 dollar olub. Lakin istifadəçi bu qurğuya korpus, ekran, klaviatura və enerji qidalanma mənbəyi əlavə etməli idi. Ümumilikdə 200-ə yaxın “Apple I” buraxılıb. Hazırda cəmi 63 bu cür kompüter qalıb.

©Lent

PAYLAŞ