Əsas səhifə Biznes 50 Rusiya dələsindən əldə edilir, 100 min dollara satılır

50 Rusiya dələsindən əldə edilir, 100 min dollara satılır

170

Türkiyənin Antaliya şəhərində dəri və dəri məhsulları sərgisi keçirilib.

“Marja” xəbər verir ki, bir-birindən qəşəng və bahalı dəri pencək və kürklərin yer aldığı sərgidə ən çox maraq 50 Rusiya dələsindən əldə edilən və pərakəndə satış qiyməti 100 min dollar olan kürk olub.

Kürkü satan şirkətin sahiblərindən Serdar Doğan deyib:

“Rusiya dələsi məhdud saydadır. Bir kürkü hazırlamaq üçün təxminən 50 heyvan xəzi istifadə edilir. Bir Rusiya dələsinin xəzi 300 dollardır. Təkcə xammal xərci 15 min dollar səviyyəsindədir. Pərakəndə satış qiyməti 100 min dollardan aşağı deyil”,- o deyib.

Paylaş