Əsas səhifə Motivasiya 45 əməkdaşı eyni anda işdən ayrılan bir CEO-nun verməli olduğu qərarlar

45 əməkdaşı eyni anda işdən ayrılan bir CEO-nun verməli olduğu qərarlar

67
PAYLAŞ

Həyatımızda çoxlu uğur hekəyələri oxumuşuq, amma bu gün  şanslısınız ki , fərqli bir  uğur hekəyəsi qarşınıza çıxıb. Bu məqaləmiz səhvlər haqqındadır, hansı ki böyük səhvlər.  Bir neçə gün əvvəl “Student Maid”-in CEO-su, bizneslə 10 ildən çox məşğul olmuş Kristen Hadid-in “Permission to Screw Up kitabını oxuduyub qurtardıqdan  sonra onun  barəsində məqalə yazmaq istədim.

Əvvəla onu qeyd edim ki, kitabda diqqətimi çəkən əsas məsələ bir CEO və ya tanınmış spikerin əsksinə olaraq, ideallaşdırıdığınız bir liderdən heç vaxt gözləmədiyiniz səhvlərlə bağlı olması idi.  Kitabın özü də, uğur hekəyəsindən və ya buna necə nail ola bilməsindən yox,  lider olmaq istəyən birinin həmişə xəyal etdiyi şirkəti necə qura biləcəyindən bəhs edir.

Sizə onun üç ən böyü xətası və bu xətalardan necə dərs çıxardığı barədə məlumat vermək istərdim.

1. Xətaları düzətməkdə özünə inam tapmaq

İlk günlərdə Hadid insan resurslarına kömək etmək üçün təcrübəçi işə götürdü.  Başlanğıcda, təcrübəçi Hadidda işi cəld  mənimsəməklə bağlı təəssürat oyatdı.  Ona görə də Hadid ona daha böyük bir məsuliyyət verməyi düşündü, onu əmək haqqıyla məsul şəxs vəzifəsinə qoydu.  Əmək haqqı şöbəsindəkilər Hadidın belə bir vacib vəzifəni adi təcrübəçiyə verməsini anlaya bilmirdilər.  Lakin Hadid öz təcrübəçisinə inanırdı, və ona gələcəkdə karyerasında  istifadə edə biləcəyi əhəmiyyətli təcrübə vermək istəmişdi.

Lakin halva-havla deməklə ağız şirin olmur.Hadidin sevimli təcrübəçisi ona verilən bu şansı dəyərləndirə bilmədi.  İlk dəfə əmək haqqını təqdim edəndə, 27 işçinin əmək haqqını səhvən  $40,000 çox ödəmişdi.

Yəqin ki, siz  bundan sonra təcrübəçi üçün işlərin yaxşı getməyəcəyi düşüncəsindəsiniz. Lakin, belə olmur. Hadid təcrübəçini yanına çağıraraq, bu problemi həll edərsə onun işdə qalacağını bildirir.  Bir neçə gün sonra $40,000 geri qaytarılır.

Həmin o səhvdən sonra təcrübəçi təcrübə müddətinin sonuna qədər əmək haqqı ödənişlərini ödəməyə davam edir heç vaxt həmin səhvi  yenidən təkrarlamır. Hadid təcrübəçidən səhvləri düzəltməkdə özünə inanmağı ,əlavə olaraq  işçilər qarşısında yaxşı bələdçi olmağı, öz şəxsi səhvlərini düzəltmək üçün onlara şans verməyi öyrəndi.

Student Maid CEO Kristen Hadeed speaking at TEDx St. Louis Women/ CREDIT: Judd Demaline, Vidzu Media via Matthew Haddix/Flickr

2. Dürüst üzrlərlə  güvən yaratmaq

Hadid Student Maiddəki işinə ilk başladıqda liderlik haqqında çox həvəsli idi. Komandasına nəzarət etmək və onlara lazım olan hər şeyi olduğuna əmin olmaq yerinə, komandası Floridanın qızmar yazında  kondisionerləri sıradan çıxmış çirkli mənzilləri təmizləyərkən, o öz təmiz hava şəraitli ofisində oturmuşdu.  Buna görə də, təsadüfi deyil ki, 60 nəfərlik komandasından 45-i işi tərk etmişdi.

Belə olduqdan sonra, Hadid panikaya düşməyə başladı. Ayrılmış 45 nəfəri, hələ işdən çıxmamış 15 komanda üzvünün  hər birinə erkən maaş və çoxlu pizza qonaqlığı söz verərək təcili iş  iclası üçün onları razı salmışdı.  İclas zamanı Hadid komanda  idarəsində səhvlərinin olduğunu və onların köməyinə ehtiyacı olduğunu qəbul etdi.

45 nəfər komanda üzvünün hər biri bundan sonra işə qayıtdı.  Bu hərəkət , komandanın Hadidla arasında olan hörməti daha da artırmışdı.  Bu hadisədən sonra, Hadid iş zamanı olan səhvlərini həmişə yükək səsələ etiraf etməyə çalışdı.  Ona görə də komanda ona bir lider kimi inanırdı, işçilərdən biri  səhv etdiyində hər zaman səhvlərini qəbul edirdi.

3. Həll yolu və dəstək üçün komandanıza müraciət edin

Hadidin  işçilərin əmək haqqını ödəmək üçün bankda vəsait yox idi Təbii ki, bu elə bir situasiya idi ki, heç bir biznes təcrübəsi olmayan biri üçün istənilməz  bir hal idi.

O bilirdi ki, şirkətin nağd pul vəsaitlərinin hərəkətinə və ödənilməmiş invoyslarına (fakturalarına) diqqətlə nəzər yetirsə  bu məsələnin qarşısını ala biləcək. Lakin bunun üçün o iki həftəlik işçi heyətinin maaşını gecikdirməliydi, bu da o demək idi ki, onun komandası iki həftə yemək, kirayə üçün pul tapa bilməyəcək

Hadid ofisə gəldikdə vəziyyəti idarəedici heyətə izah etdi, heyət üzvlərindən biri Hadida təklif etdi ki, Hadid da daxil olmaqla bütün idarə edici heyət maaşlarına almağı bir müddət dayandırsın. Beləliklə hesabdakı vəsait digər işçilərin maaşını ödəməyə yetərli olacaqdı.

Böyük bir uğursuzluqla başlayan məsələlər, diqqətəlayiq komanda işinə və fədakarlığa çevrilmişdi.

Yuxarıdakı bütün bu təcrübələr, stresverici, yorucu, hətta sizi alçalda bilər. Amma sonda daha yaxşı lider olmağınıza bələdçi olacaqdır.

©banco.az

PAYLAŞ