Əsas səhifə İş qadını 4 arı ailəsi ilə biznes quran iş qadını

4 arı ailəsi ilə biznes quran iş qadını

557

Salyan rayonunun Arbatan kəndində ilk dəfə olaraq öz fərdi arıçılıq təsərrüfatını yaradan qadın fermerlərdən biri də Reyhan Pənahovadır.

Arıçılığın olduqca maraqlı və gəlirli sahə olduğunu deyən Reyhan xanım ilk fəailiyyətinə 4 arı ailəsi saxlamaqla başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan məşğulluq proqramında iştirak etmək üçün Salyan Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Lahiyənin tələblərinə uyğun olaraq Reyhan Pənahova 2 ay müdətində Bakı şəhərində keçirilən kurslarda iştirak edir və sonda yaşadığı ünvanda arıçılığın inkişafı ilə bağlı əsaslandırılmış biznes plan təqdim edir və layihə dəyərləndirilir.

Maraqlı ola bilər : Xərci az, gəliri çox – Bal biznesi

Arı ailələrinin müxtəlif zərərvericilərdən qorumaq üçün lazımı vasitələrin alınmasında isə Pənahovlar ailəsinə rayonda fəailiyyət göstərən Kənd Təsərüfatı İdarəsinin mütəxəssisləri yardımçı olur. Təsəarüfatının yaxın zamanlarda 50 arı ailəsinə qədər inkişaf etdirməyi planlaşdıran Reyhan xanım ona məxus pay torpağında xüsusi arıçılıq təsərüfatını yaradacağını düşünür.

O, yaradılacaq təsərrüfatda təkcə bal istehsalı ilə kifayətlənməyəcəyini, eyni zamanda müxtəlif arıçılıq məhsullarının – vərəmum, arı südü, güləm kimi məhsullarının istehsalını da planlaşdırır. Arıçı fermer təsərrüfatının inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli fonduna müraciət etmək üçün lazım olan sənədlərin toplanmasına başlayıb.

Paylaş