3 dost tərəfindən qarajda qurulan Youtube

0
1281

Bu gün həyatımızın bir hissəsinə çevrilən youtube necə quruldu? Bu uğura necə nail oldu?

YouTube, 2005-ci ildə Steve Chen, Chad Hurley və Jawed Kərim adlı 3 dost tərəfindən qarajda qurulub. Hurley dizayner, Chen və Kərim isə PayPal-ın əməkdaşı idi, proqramçı idilər.

Öz videoları paylaşmaq istəyirdilər

Chen və Hurvey 2005-ci ilin yanvar ayında öz evlərində  etdikləri parti şəkillərini paylaşmaq istəyirdilər. Ancaq video və fotoşəkillərin həcmlərinin böyüklüyü onlara çətinlik yaradırdı. Beləliklə 2 dost bu çətinliyi aradan qaldırmaq üçün bir həll tapmaq istədilər və may ayında youtube.com yaradıldı, dekabr ayında kütlə üçün istifadəyə verildi.

Youtube ilk vaxtlar çətinliklərlə üzləşsə də sonrada hər şey istədikləri kimi oldu. Hətta qurulduğu il 11 milyon dollar investisiya aldılar. 2006-cı ildə isə 1.65 milyard dollara google tərəfindən satın alındı. Hazırda Kaliforniyada yerləşən youtube, google tərəfindən idarə olunur.

Beləliklə qarajda 3 dost tərəfindən yaradılan bir sayt 1 il sonra qurucularını milyarder etdi.