Əsas səhifə Biznes 2017-ci ilin ən faydalı cihazları

2017-ci ilin ən faydalı cihazları

257
Paylaş

Geridə qoyduğumuz ilin ən faydalı cihazları məlum olub.

İKT.lent.az-ın məlumatına görə, bu siyahıda qalib “Apple” şirkətinin “Apple iPhone X” smartfonu olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq “Samsung Galaxy S8” və “Huawei Mate 10 Pro” smartfonları tutub. Reytinqə 12 marka düşüb.

Bu siyahıya daha 9 smartfon düşə bilib. Bunların arasında “Xiaomi 5A”, “Meizu M6”, “Honor 6C Pro” smartfonları, “Sony, Plantronics” və “Xiaomi” qulaqcıqları və “Xiaomi”, “Aukey” akkumulyatorları da daxildir.

Yeni il qabağı geridə qoyduğumuz ilin nəticələri açıqlanır. Artıq bu il 2017-ci ildə verilən ən populyar axtarışlar açıqlanıb. Burada ən populyar sorğu “2018-ci ilin Dünya Çempionatının püşkatması” olub.

Həmçinin xarici “Phone Arena” resursu 2017-ci ilin avtonom işinə görə 20 yeni məhsulunu sınaqdan keçirmək qərarına gəlib. “Blackberry KEYone” arxada qoyduğumuz ilin ən avtonom smartfonu arasında №1 olub.

Paylaş