Əsas səhifə Fərdi inkişaf 2017-ci ilin ən çox diqqət çəkən 10 Tedx videosu

2017-ci ilin ən çox diqqət çəkən 10 Tedx videosu

296

1984-cü ildən davam edən və son illərdə ölkəmizdə insanlar tərəfindən gündəlik istifadə edilən  TED (Technology, Entertainment, Design) konfranslarında təqdim edilmiş çıxışlar heç şübhəsiz ki, bizi hər bir mövzu üzrə həm dünyagörüşümüzü inkişaf etdirir həm də bizə motivasiya qaynağı olur.  Ancaq bu çıxışlardan bəziləri vardır ki,  izləyənlərin daha çox marağına səbəb olub.  Banco.az komandası Elon Muskdan tutmuş  Gary Kasparova qədər ən diqqət çəkmiş 10 Tedx çıxışını sizlərə təqdim edir.

1) Elon Musk – İnşa etdiyimiz gələcək

Elon Musk Tedx-in baş kordinatoru Chris Andersonla etdiyi söhbət zamanı The Boring Company’dən, Tesla və Spacex-dəki hadisələrdən və Marsda gələcək qurması ilə bağlı aldığı motivasiyadan söhbət edir.

2) Tim Ferris – Niyə hədəfləriniz yerinə qorxularınızı müəyyən etmirsiniz?

Tim Ferris qorxu effekti adı verdiyi   asan amma faydası çox olan strategiya vasitəsi ilə qorxularımızı ətraflı şəkildə beynimizdə canlandırıb, yazıya tökməyimiz haqqında  bizə cəsarət verir.

3) Stuart Russel – Daha münasib suni intellekt yaratmaq üçün 3 prinsip

İnsanlar hər şeyi edən robotlar yaratmağa hər gün biraz daha yaxınlaşır.  Suni intellekt dahilərindən olan Russel bu çıxışında, şübhəli robotlar haqqında söhbət edir.  Onun fikrincə  hörmət, yardımsevərlik və digər insani dəyərləri özündə birləşdirən insanlar ən yaxşı suni intellekt nümunəsidir.

4) Shah Rukh Khan – İnsanlıq, şöhrət və sevgi üzərinə düşüncələr

Hind filmlərinin ən böyük ulduzlarından biri olan Shah Rukh Khan çıxışında məşhur dans hərəkətlərindən bir neçəsini təqdim edir və səhnə işıqları altında əldə etdiyi çətin həyat hekayəsindən bəhs edir.

5)  Kristin Poinar – Greenland buz təbəqəsinin altında nələr mövcuddur?.

Alimlər texnologiyadan istifadə edərək, əriməkdə olan nəhəng Greenland buz təbəqəsinin altında mövcud olan sirləri ortaya çıxardılar. Tapdıqları şey isə, təbəqənin altında yerləşən ərimə nəticəsində yaranmış böyük su hovuzu idi.  Yaxşı, bəs bu su hovuzu oradamı saxlanılacaq? Yoxsa dənizə və ya okeanamı axıdılacaq? . Məşhur spiker Poinar  bu donmuş əraziya etdiyi səyahəti tamaşaçılarla paylaşır.

6) Garry Kasparov – Ağıllı maşınlardan qorxmayın, onlarla birlikdə çalışın

Dünyanın ən böyük şahmat ustalarından biri  Kasparov , ağıllı maşınların ən böyük xəyallarımızın gərçəkləşməsində köməklik edəcəyi ilə bağlı fikrini bizlərlə bölüşür.

7) Luma Mufleh – Qaçqınlara yazığınız gəlməsin, onlara inancınız olsun

Qaçqınlar üçün ABŞ-da ilk rəsmi məktəbi yaradan, Suriya əslilli İordaniyalı qaçqınLuma Mufleh müharibə səbəbi ilə həyatı yerlə-yeksan olmuş insanlara həyatlarını yenidən qurmaqla bağlı necə kömək etdiyindən bəhs edir.

8) Mehdi Ordikhani – Seyedlar – Diqqət verdikdə beynimizdə nələr baş verir?

İnsanlar bir şeyə fokuslandığı zaman beyinlərində baş verən prosesləri təhlil edən neurologist Mehdi Ordikhani – Seyedlar  Attention Deficit Hyperactivity Disorder (ADHD) kimi bilinən  diqqət çatışmazlığı xəstəliyi olan insanları müalicə etmək və münasibət qurma bacarığını itirmiş insanlara yardım etmək üçün istifadə edilə biləcək yeni metodlardan bəhs edir.

9) Michael Beirut – Uşaqları oxumağa təşvir edəcək bir kitabxananı necə qurmaq olar?

Michael Beirut yeni nəslin oxucularına kitabxanaları necə maraqlı edilməsi ilə bağlı axtarışlarından bəhs edir.

10) Jack Konte – İncəsənət sahibləri rəqəmsal dövrdə necə pul qazana bilərlər?

Son dövrlərdə internet resurslarının geniş yayılması və albomların, kitablara marağın azalması incəsənət xadimlərini çətin vəziyyətə saldı. Musiqiçi biznesmenJack Konte yaratdığı Patroen adlı bir platforma vasitəsi ilə incəsənət sahiblərinə necə maddi dəstək olduğundan söhbət açır.

Xəzər Aslanov. Banco.az

Paylaş