Əsas səhifə Məqalələr Maraqlı 1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb

1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb

130
Paylaş

1963-cü il istehsalı olan “Ferrari” markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.

Bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, avtomobili maşın salonları üçün ayaqaltlıqları hazırlayan “WeatherTech” şirkətinin təsisçisi Devid Maknil alıb.

Bildirilir ki, avtomobil satışı üzrə əvvəlki rekord da 1963-cü il istehsalı olan “Ferrari”yə məxsusdur. O, 2013-cü ildə 52 milyon dollara satılıb.

© Report

Paylaş