16 yaşlı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib

Date:

Paylaş:

Britaniyadan olan Mohammed Ali adlı 16 yaşlı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib.

Məlumata əsasən Mohammed Ali, öz 60 yaşlı şəriki Chris Thorpe ilə birlikdə fərqli bir servis yaradıb. Belə ki, Weneed1.com servisi, bazarın təqdim etdiyi məhsulların qarşılaşdırılması və sərfəli qiymətə tapılması üzrə fəaliyyət göstərir. Sayt ilə amerikalı investorlar maraqlanıblar və keçən ilin Dekabr ayının əvvəlində Mohammed-ə, layihəni 6 milyon dollara satmağı təklif ediblər.

Bu qiymətli təklifə baxmayaraq Mohammed ondan imtina edib. Onun sözlərinə görə əgər ideya və konsepsiyaya görə bu cür məbləğdə pul ödəyirlərsə deməli gələcəkdə servis daha da bahalaşacaq. “Mən başa düşürəm ki, bu böyük riskdir. Lakin mən öz şəxsi işimi yaratmaq istəyirəm” – deyə Mohammed bildirib. Qeyd etmək lazımdır ki, hələ 2014-cü ildə Mohammed, ayı 7.5$ abunə haqqı olan oyun yaradaraq 40.000$ qazanmışdır. “Mən hər şeyi kitablardan və YouTube videolarından öyrəndim. Hər şey məktəbdə verilən təhsil ilə həll olunmur. Təhsil sistemi bir qədər pisləşib. Mən insanları ilhamlandırmaq istəyirəm. Hər həftənin cümə günü doyunca içki içən gənclərə nifrət edirəm” – deyə Mohammed əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...