Əsas səhifə İş adamları 150 dəfə rədd edilməsinə baxmayaraq xəyallarına çatan təşəbbüskar Sam Sisaxti

150 dəfə rədd edilməsinə baxmayaraq xəyallarına çatan təşəbbüskar Sam Sisaxti

369
sam sisakhti

Sam Sisaxti, xəyallarının ardından qaçmağa qərar verməzdən öncə, maliyyə sektorunda işləyirdi. İşindən o qədər nifrət edirdi ki, bu vəziyyəti görən ailəsi də artıq buna dayana bilmədi və istefa etməsini, xəyallarının ardından getməsini dedi.

Ailəsinin dəstəyini də göz önünə alan Samın xəyallarına çatmasına kömək olacaq ilk qıvılcım, moda mütəxəssisi olmak istəyən uşaqlıq dostu Aaron ilə Las Vegasdakı görüşündə daha da alovlanır.

Aoran, moda sənayesində tanınmış biri olmağın çətinliklərindən bəhs edərkən, Samın ağlına bir fikir gəlir: Dostu  Aaron kimi müstəqil moda mütəxəssislərinin məhsullarını bütün dünyaya sata biləcəkləri bir platform yaratmaq!

Beləcə, bazara girməyə çalışan istedadlı dizaynerlərin qarşısındakı böyük əngəllər aradan qaldırılmış olacaqdı. Bunun, “Növbəti Amazon” olacağını düşünürdü.

sam sisakhti

UsTrendy adını verdikləri bu platform fikrini dərhal həyata keçirmək istəyən Sam və Aaron, investisiya dəstəyi üçün Silikon Vadisində bir görüş həyata keçirdilər.  500 min dollar təklif alaraq əla bir başlanğıc edən ikili bir tərslik yaşadılar və investor pulu geri aldı.

“Çox nadir gerçəkləşən bir şey oldu və bizə yarım milyon dollar təklif etdilər. Bu çox maraqlı və əyləncəli idi” deyən Sam, gərəkli investisiyanı tapmışdı ancaq hadisələr heç də istədikləri kimi getmədi. İnvestorla imzalanan müqavilənin şərtlərindən biri, Silikon Vadisinə köçməkləri idi ancaq Sam-ın dostu Aaron, bu fikri yaxşı qarşılamadı. Buna görə investor pulunu geri aldı.

sam sisakhti


Əsl mübarizə indi başlayırdı. Yeni investor tapmağa çalışan Sam üçün işlər heç də yaxşı getmədi. 150 dəfə rədd edildi.

İnvestor tapmaq üçün, 18 ay işlədi ancaq bu çətin keçən 18 ayda 150 dəfə rədd cavabı aldı. 150 dəfə rədd edildikdən sonra artıq az miqdarda pulla uzun müddətdə də olsa bu işi etməyə qərar vermişkən, Skype, Tesla və Hotmailin investorlarından olan məhşur risk investor Tip Draper-a mail atması tövsiyyə edildi.  Sam Sisakhti, “ Tim Draper mənim mailimə cavab verməz!” demişdi amma həyatını dəyişəcək mail, sonunda gəldi.

sam sisakhti

Çətin keçən bir zamandan sonra, dəfələrlə rədd cavabı almışkən heç ehtimal verməməsinə rəğmən Tim Draper mail göndərdi və tam investor axtarmaqdan əl çəkmək üzrə ikən Tim Draper-dən cavab gəldi: “ Hələ də bir investor axtarırsan?”

Sam Sisaxti, taktika ilə hərəkət etdi və Tim Draperə ondan aldığı investisiya ilə işini daha da sürətlə görə biləcəyini, ancaq investisiya almadan da işi edəcəyini dedi. Beləcə, Tim Draperin diqqətini daha çox üzərinə çəkməyi bacardı və investisiyanı aldı.

sam sisakhti

Özünə və fikrinə olan güvəni, Tim Draperi çox cəlb etmişdi və Sam Sisaxtinin xəyallarına çatmaq üçün önündəki bütün əngəllər aradan qalxmış oldu. 2008-ci ildə qurulan UsTrendy bu anda, dünyanın bir çox ölkəsindən moda dizaynerlərinin məhsullarını sata biləcəkləri uğurlu bir platformadır. Sam Sisaxti, yaşadığı çətinliklərə rəğmən çox çalışaraq Las Vegasda yaranan fikrini, xəyat etdiyi platformaya çevirməyi bacarmışdır.

Xəyallarınızın ardınca qaçmaqdan əsla əl çəkməyin, 150 dəfə uğursuz olsanız belə!

İlkin Mirzəzadə, Bizplus.az

Paylaş