15 manat xərcləyib 500 manat necə qazanmaq olar?

0
4332

Son illər Azərbaycanda Türkiyədən gətirilən qələm tinglərinə maraq artıb. Xüsusilə, alça və qoz qələmləri daha çox satılır. Bağbanları belə tinglərlə təmin edən “HSK Modern” Bağçılıq Şirkətinin satış meneceri Elşad Əhmədov Fins.az-ın suallarını cavablandırıb:

– Azərbaycanda yetərincə alça sortları var. Niyə fermerlər Türkiyədən gətirilən alça sortu yetişdirmək istəyirlər?

– Bizim yerli sortlardan fərqli olaraq Türkiyədən gətirilən “Dumanlı papaz” alça sortu daha dözümlüdür. Biz bu işlə 5 ildən çoxdur məşğul oluruq. İntensiv bağçılığın inkişafı ilə əlaqədar müraciətlər artır. Bizim təqdim etdiyim alça sortunu soyuq aylarda 30 gün soyuducusuz saxlamaq olur. Bu sortun qış aylarında bir kiloqramı 500 manata satılır.

– Bu növ alça bağları Azərbaycanda varmı?

– Artıq iki ildir ki, Tovuz rayonunda bizim tinglər vasitəsilə alça bağı salınıb. Bu qələmlər bir ildə 30-40 kq məhsul verir. Ağac böyüdükcə, məhsul da artır.

– Alça tinglərinin qiyməti necədir?

– Pərakəndə formada 1 tingi 15-16 manata satırıq. Amma topdan satış qiymətlərində endirim edirik.

– Siz alça ilə yanaşı, “Altay Salxım” qozunun da tinglərini satırsız? Bu sortun xüsusiyyətləri hansılardır?

– “Altay Salxım” qozunun əsas xüsusiyyəti, qabığının nazik olması, onu barmaqla çox rahat sındırmaq mümkün olmasıdır. Qubada 10 hektar bu qoz növündən əkilib. Artıq bağlar bol məhsul verir. Bu qoz növü əkildiyi vaxtdan 5 ilə qədər 30-40 kq, 8 ildən sonra isə, 150 kq-a qədər məhsul verir. Bu qoz ağacları çox da hündür olmur, yəni məhsul yığarkən yıxılıb xəsarət almaq ehtimalı çox azdır. Bu tinglərin də birini 16 manata satırıq.

– Bağ salmaq istəyən sahibkarlar sizi necə tapa bilər?

– Bizim Bakı şəhərində də, Quba rayonunun Paşa oba kəndində də satış yerlərimiz var. Azərbaycanın hər yerinə tingləri çatdıra bilirik. Əlaqə telefonu: (077) 219 34 88.