Əsas səhifə İş adamları 1200 dollara şirkət qurdu, indi 60 milyard dolları var

1200 dollara şirkət qurdu, indi 60 milyard dolları var

1054
PAYLAŞ

“Forbes 2017” milyarderlər siyahısına 52 milyard dollar sərvətilə 7-ci yerdə olan “Oracle”ın qurucusu Larry Ellison hazırda təxminən 60 milyard dolların üzərində oturur və bu sərvəti sıfırdan əldə edib. Övladlığa götürülmüş Ellison, zəkasını və bacarığını istifadə edərək qazandığı pulları, çətin keçən uşaqlığı və gəncliyinə görə, heç çəkinmədən hər cür lüksa xərcləyir və çox rəngli bir ömür sürür.

“Marja” xəbər verir ki, 73 yaşındakı Larry Ellison təxminən 60 milyard dollar sərvəti və rəngli şəxsiyyətilə tanınan, öz səyi ilə milyarder olmuş bir iş adamıdır. ABŞ kəşfiyyatı CIA-ya təqdim etdiyi bir proyektlə iş dünyasına ilk addımı atmışdır.

Sertifikatlı bir pilot olan Larry Ellison boş zamanlarında təyyarə istifadə edir. Hətta 2 ədəd  Sovet istehsalı Mikoyan MiG-29 reaktivi də var.

Son dövrlər Havayda əmlak sərmayələri ilə diqqəti çəkən məşhur milyarder burada 400 ədəd sahibsiz pişiyin olduğu bir sığınacağın da bütün xərclərini qarşılayır.

Sərvətini proqram təminatı şirkəti olan “Oracle” sayəsində qazanan Larry Ellison maraqlı bir həyat hekayəsinə malikdir. O, pulunu xərcləmə forması ilə də mətbuat başlıqlarını bəzəyir. Qısası, məşhur milyarderin az bilinən həyatı və maraqlı vərdişləri.

Larry Ellison subay bir ana olan Florance Spellma-nın oğulu olaraq 1944-cü ildə Nyu Yorkun Bronx səmtində dünyaya gəlib.

9 aylıqkən sətəlcəm keçirən Ellison, xalası Lilian və dayısı Luis ilə yaşaması üçün anası tərəfindən Çikaqoya göndərilmiş və onlar tərəfindən övladlığa götürülmüşdür.

Ögey atası olan Luis, Rusiyadan gələn bir immiqrant olub. Ellison soyadını ABŞ-a girdiyi yer olan Ellis Adasına xitabən götürmüşdür. O, əmlak işiylə məşğul olarkən bütün mülkiyyətini Böyük Böhranda itirmişdir.

Ellison lisey təhsilini yaşadığı South Side bölgəsində aldıqdan sonra İllinois Universitetinə daxil olmuşdur.

Universitetdə  2-ci kursda oxuyarkən, ögey anası öldüyündən imtahanlara girməyərək universiteti tərk etmişdir. Bir müddət sonra Çikaqo Universitetində təkrar şansını sınasa da, bir semestr sonra onu da buraxmışdır.

1966-cı ildə 22 yaşına gəldiyində texnologiya sənayesinin “ürəyi” olan Silikon Vadisinin yaxınlığındakı Berkeley qəsəbəsinə köçmək qərarı verir. Bu onun həyatındakı ən böyük addımlardan biridir.

Varlı olmadan əvvəl də rəngli bir xarakteri olan Larry Ellison, dəbdəbəli “Thunderbird” avtomobili ilə Çikaqodan Kaliforniyaya gəldikdən sonra iş həyatına atılır.

Gənc Larry Ellison yeni məskənində “Wells Fargo”dan server istehsalçısı “Amdahl”a qədər bir çox şirkətdə çalışır və bu dövrdə kompüter və proqramlaşdırma bacarıqlarını inkişaf etdirir.

 

Larry Ellisonun həyatını dəyişdirən dönüş nöqtəsi isə 1970-ci ildə CIA ilə əməkdaşlıq edən  “Ampex”də işləməsi  olur. “Ampex” şirkəti “Oracle” adında bir verilənlər bazası inkişaf etdirmək üçün CİA ilə müqavilə bağlamışdı.

IBM-də işləyərkən məlumatın yığılması və istifadəsində inqilab edərək verilənlər bazasını kəşf edən, Oxford məzunu İngilis kompüter alimi Edgar Codd-un bir məqaləsini oxuyan Ellison çox təsirlənir.

1977-ci ildə öz şirkətini qurmağa qərar verir. Ellison, ortaqları Bob Miner və Ed Oates ilə “Software Development Laboratories” adlı ilk şirkətini qurur. 2000 dollar sərmayəyə sahib şirkətin 1200 dollarını öz cibindən yatırır.

CIA-dakı proyektdən ilhamlanaraq ilk proqramlarının adını “Oracle 2” qoydular, ancaq “Oracle 1” heç  mövcud olmayıb. “Ampex” ilə CIAüçün  etdikləri və heç ortalığa çıxmayan iş başlanğıc nöqtələri idi.

1979-cu ildə şirkətin adını Codd-un məqaləsində verilənlər bazası anlayışına verdiyi ad olan “Relational” olaraq dəyişdirdilər. 1982-ci ildə isə şirkətin adı əsas məhsulları olan “Oracle” olaraq dəyişdirilir.

Sürətlə böyüyən “Oracle”ın səhmləri 1986-cı ildə birjaya çıxıarılır və 55 milyon dollar toplamağı bacararaq beynəlxalq bir nəhəng olmaq üçün ilk addımını atır.

1990-cı ildə isə Ellison “fövqəladə bir iş səhvi” olaraq qiymətləndirəcəyi bir hücum edir, 400 personalı, yəni işçi qüvvəsinin 10%-ni işdən çıxarır.

Rəqibləri “Sybase”in bazar payından almağa başladığı bu dövrdə, “Oracle”, 90-cı illərin əvvəlində iflas ilə burun buruna gəlir.

1992-ci ilə qədər çətinlik davam etsə də şirkətin “Oracle”ın 7-ci versiyasını bazara çıxarması ilə Larry Ellison yenidən yüksəlişə keçir.

Larry Ellison “Salesforce.com” şirkətinə  2 milyon dollar sərmayə yatırır. HAzırda  40 milyard dollar dəyəri olan “Salesforce” sayəsində Ellison milyonlarla dollar qazanmağa davam edir.

Larry Ellison, “NetSuite” şirkətinə də 1998-ci ildə 125 milyon dollar sərmayə yatırır. Şirkət hazırda 4 milyard dollar dəyərindədir və Ellisona qazandırmağa davam edir.

90-cı illərdəki “dot-com” böhranından qazanclı çıxanlardan biri Ellisondur. Həmin vaxt göbələk kimi çoxalan internet şirkətlərinin böyük hissəsi “Oracle” verilənlər bazalarını istifadə edirdi.

Ellison və “Oracle”ın böyüməsində əhəmiyyətli addımlardan biri də satın almalardır. 2004-cü ildə tədarük, maliyyə kimi sahələrə proqram istehsal edən “PeopleSoft” şirkətini 10 milyard dollar qarşılığında satın almışdır.

2009-cu ildə isə server istehsalçısı olaraq bilinən “Sun Microsystems” şirkətini alır. Beləliklə rəqibi “MySQL” verilənlər bazasına da nəzarəti təmin etmiş olur.

2010-cu ildə 65 yaşını keçən Larry Ellison, həyatını yaşamaq üçün şirkətin “sükanını” Mark Hurd və Safra Catz kimi güvəndiyi insanlara təhvil verir.

Ellison, 2012-ci ildə Havayda olan Lanai Adasının 98%-ini təxminən 500 milyon dollar qarşılığında satın alıb.

Xəbərlər doğrudursa, Ellison, adaya getmək üçün iki hava yolu şirkəti satın alıb. Təyyarələri bəzən özü istifadə edir və ada içərisindəki bütün otelləri də yeniləyib.

Larry Ellison təxminən 60 milyard dollarlıq sərvətini xərcləyir. Ingvar Kamprad ya da Warren Buffettin əksinə Ellison lüksə olduqca düşkündür.

Larry Ellisonun son səs salan xərcləməsi 2017-ci ilin baharında satın aldığı Malibu Beach-də olan nəhəng malikanədir. Milyarderlər çimərliyi olaraq bilinən bölgədəki ev üçün düz 48 milyon dollar ödəmişdir.

Ellison yaxtalara da çox düşkündür. Bir dəfə 200 milyon dollar pdəyərək yaxta alıb.

Ellison Yapon pərəstişkarıdır.

60 milyard dollarlıq məşhur iş adamının şəxsi həyatı da olduqca hərəkətlidir. 4 dəfə evlənib boşanan Larry Ellison hazırda, model və aktrist Nikita Kahn ilə birlikdədir.

PAYLAŞ