Əsas səhifə İş qadını 10 dollarlıq bloqdan milyonlar qazanan qadın: Chiara Ferragni

10 dollarlıq bloqdan milyonlar qazanan qadın: Chiara Ferragni

1375
PAYLAŞ

Tanış olun, dünyanın ən çox qazanan moda bloqeri: Chiara Ferragni.

7 may 1987-ci ildə dünyaya gələn Ferragni, uşaqlıqdan gözəl üzü və fotogenik olduğu üçün diqqət mərkəzində olub. İlk dəfə modelliyə 5 yaşında başlayıb.

16 yaşında ciddi şəkildə moda işinə başladı. Bundan sonra Ferragni moda ilə daha yaxından maraqlanmağa başladı. Sevgilisi Ricaardo Pozzoli onu bloq yaratmağa razı saldı. Pozzoli həmin dövrdə marketinq üzrə təhsil alırdı. Pozzolinin strategiyaları və Ferragninin tərzi birləşdi və ortaya məşhur bloqer çıxdı.

Bloq 2009-cu ildə fəaliyyətə başladı. Ferragni gözəlliyi və tərzi ilə qısa müddətdə insanları cəlb etməyi bacardı. 2 il ərzində bloqu 1 milyon unikal ziyarətçi ziyarət etdi.

Chiara həmin zaman Flört Ayaqqabılar adlı öz ayaqqabı markasını yaratdı. Bir çox markanın üzü kimi reklamlarda çəkildə və onun moda dünyasında daha da məşhur olmasına yol açdı.

Bloqerlik hələ də ciddi bir iş sayılmasa da Ferragni 10 dollara yaratdığı bloqdan milyon dollarlar qazanmağa davam edir.

PAYLAŞ