Əsas səhifə Məqalələr Fərdi inkişaf 1 milyonluq sərvətə çatmaq üçün günlük, aylıq və illik hədəflər

1 milyonluq sərvətə çatmaq üçün günlük, aylıq və illik hədəflər

1161
Paylaş

65 yaşa qədər milyoner olmaq çün hər gün, hər ay ya da il ərzində nə qədər pul yığmaq lazımdır?

Milyoner olmaq nə qədər çətindir? Yaxşı bir plan tərtib edilməsi nəticəsində düşünüldüyü qədər çətin deyil və hətta olduqca asandır.
“Smart Couples Finish Rich” adlı fərdi maliyyə kitabının yazarı David Bach, fərqli yaşdaki insanların 65 yaşında 1 milyon dollarlıq yığım hədəfinə çatmaqları üçün kənara qoyacaqları pul miqdarını göstərən bir qrafik hazırladı.

Hədəfə çatmaq yolundaki ən böyük addımın erkən vaxtlarda yığım etməyin vacibliyini deyən məhşur maliyyə yazarı Bach, bu mövzuda zamanın nə qədər önəmli olduğunu isbat etmək üçün etdiyi hesablama cədvəlini paylaşdı.

Aşağıdaki qrafik, hansı yaşda olduğumuza bağlı olaraq, nə qədər pul yığım edəcəyimizi günlük, aylıq və illik qrafiklərdə göstərir.

Bu qrafikə görə, 65 yaşına gəldiyimizdə 1 milyon dollarlıq yığım hədəfinə çatmaq üçün:

20 yaş üçün ayda 61,
25 yaş üçün ayda 109,
30 yaş üçün ayda 193,
40 yaş üçün ayda 625,
55 yaş üçün ayda 4.749 dollar pul yığım etməyiniz yetərlidir.

Yığıma başlamaq üçün lazım olan yaş aralığına gec qalsanız da problem deyil. Tutalım ki, bu anda 25 yaşındasınız, bu yaşa qədər əlinizdə olması lazım olan pulu sürətlə toplayaraq bu kəsri bağlaya bilərsiniz və 30 yaşa qədər qarşımızdaki 5 il boyunca günlük ya da aylıq hədəfləri tamamlamağa başlaya bilərsiniz.

Əlbəttə hesabınızı türk lirəsi (məqalə türkcədən çevirlidiyi üçün lira ilə göstərilir) ilə də etməyiniz mümkündür ancaq belə etməzsəniz bu sizi qısa zamanda lirə milyonerliyinə götürəcəkdir.

Yığımlarınızı doğru investisiyalar edərək dəyərləndirməyə başladığınızdan bir müddət sonra yatırımlarınızdan qazandığınız pulların da sizə pul qazandırmağa başlayacağını və yatırımlarınızın çox sürətli bir şəkildə böyüməyə başlayacağını unutmayın.

İlkin Mirzəzadə, Bizplus.az

Paylaş