Əsas səhifə Maraqlı 1 il çantasında saxladığı lotoreya bileti ilə milyonçu oldu

1 il çantasında saxladığı lotoreya bileti ilə milyonçu oldu

793
PAYLAŞ

Avstraliyada yaşayan yaşlı bir adam avtomobilini təmizləyərkən tapdığı bir illik lotoreya biletiylə milyonçu oldu.

Adı açıqlanmayan adamın, bileti keçən ilin yanvar ayında aldığı bildirilir. Alver çantasında büzülmüş halda tapdığı bileti görüb internetdə yoxlayan adam təxminən 780 min dollarlıq uduş qazandığını görən zaman çox təəccüblənib.

Avstraliyalı milyonçu “Köhnə alver çantalarını istifadə etmədiyim halda zibilə atmadığım üçün xoşbəxtəm” deyib.

Milyonçu sərvətini nəvələrinin təhsilinə və yeni ev almaq üçün xərcləyəcəyini bildirib.

PAYLAŞ