Əvvəl hazırladığı məhsulları hədiyyə edirdi, indi biznesə çevirib

1
1525
Fəridə Hüseynzadə

Bakı sakini Fəridə Hüseynzadə dekorativ-tətbiqi sənətkarlığın Azərbaycan üçün yeni olan istiqamətində fəaliyyət göstərir. Təhsilini rəssamlıq üzrə alan gənc sənətkar dekorativ şamların hazırlanması ilə məşğuldur.

Bir ildən artıqdır ki, bu sahədə peşəkar fəaliyyət göstərən Fəridə xanım məhsulların hazırlanması üçün yerli və xarici xammaldan istifadə edir.

Keyfiyyətli məhsul istehsal etməyi qarşısına məqsəd qoyan sənətkarın sözlərinə görə, o, daim özünü təkmilləşdirir.

Fəridə xanım dekorativ şam hazırlanması üçün tətbiq olunan yeni texnologiyaları öyrənir, xaricdə bu sahədə çalışan peşəkarlardan dərs alır.

Əvvəllər hazırladığı məhsulları ətrafındakı insanlara hədiyyə kimi təqdim edən sənətkar qazandığı uğurlardan həvəslənərək, dekorativ şam hazırlanması sahəsini ailə biznesinə çevirmək qərarına gəlib.

Satışın təşkili və dizayn məsələləri ilə bağlı dəstək almaq üçün Fəridə Hüseynzadə “ABAD”a müraciət edib.

Bu gün onun hazırladığı zərif və baxımlı əl işlərini “ABAD” sənətkarlıq mərkəzlərindən əldə etmək olar.

1 COMMENT