Ən tez varlanan milyarderlər – SİYAHI

Date:

Paylaş:

Bir çox milyarderlər sərvət qazanmaq üçün bir ömür işləyiblər, lakin bəzi milyarderlər 1 milyard dolları daha qısa müddətdə qazanıblar. 

Siyahıda Cef Bezos kimi onlayn kommersiya pionerləri və Mark Zukerberq və Evan Spiegel kimi texnologiya innovatorları yer alır. Onların hamısı 6 ildən az müddətdə milyarder olublar.

Ən tez varlanan milyarderlər dünyanın ən nüfuzlu biznesmenləri sırasındadırlar.

Siyahıda onlayn kommersiya pionerlərindən tutmuş ən böyük sosial media saytının təsisçilərinə qədər yer alır və onlar biznes dünyasının ən nüfuzlu “oyunçuları” hesab edilirlər.

Ən tez varlanan milyarderləri təqdim edirik. Lakin, onların nəticələrini təkrarlamaq asan iş deyil.

Eduardo Saverin — 1 il

“Facebook”da bir ildən az çalışmağına baxmayaraq, Saverin şirkətdə kiçik paya sahibdir. 2010-cu ildə onun sərvəti 1 milyard dollara yaxın idi və hazırda Saverinin sərvəti 9 milyard dollardan çoxdur.

Evan Spiegel və Bobby Murphy — 3 il

Evan Spiegel və Bobby Murphy “Snapchat”i 2011-ci ildə təsis ediblər.

2014-cü ilə qədər onların səhmləri sərvətlərini 1 milyard dollardan çox elədi və gənc startapçılar bir il sonra “Forbes”in milyarderlər siyahısında yer aldı.

Sean Parker — 1.5 il

Sean Parker musiqi paylaşma saytı olan “Napster”in həmtəsisçilərindən olsa da, “Facebook”da ilk prezident olması ona milyarder statusu qazandırdı.

Parker “Facebook”un ilk prezidenti kimi 2004-cü ildən bir ildən artıq müddətdə çalışıb. O, şirkəti 2006-cı ilin əvvəlində tərk etmiş, lakin tərk edərkən 70 milyona yaxın “Facebook” səhmlərini əlində saxlamışdır. O, “Facebook”un səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (İPO) öncə 3.5 milyon səhmini satmışdır və bu da onu milyarder etmişdir.

Pierre Omidyar — 3 il

Pierre Omidyar eBay.com-u 28 yaşında 1995-ci ildə təsis edib.

Şirkət 3 il sonra səhmlərinin ilkin kütləvi yerləşdirilməsini (İPO) həyata keçirtdi və bu zaman bir səhmin qiyməti 18 dollar idi. 3 ay ərzində bir səhmin qiyməti 300 dollara qədər artaraq Omidyarı milyarder etdi.

Cef Bezos — 6 il

1993-cü ildə investisiya bankiri Cef Bezos işini ataraq, Amazon.com adlı onlayn kitab mağazası təsis etdi. 6 il sonra 1999-cu ildə Bezos 10 milyard dollar sərvət ilə “Forbes”in Dünya Milyarderləri siyahısına daxil oldu.

Onun sərvəti 2000-ci illərin əvvəllərində azalsa da, daha sonra 100 milyard dolları ötərək onu təkcə dünyanın deyil, tarixin ən varlı şəxsi etdi.

Mark Zukerberq — 4 il

“Facebook”un həmtəsisçisi və CEO-su Mark Zukerberq 4 il öncə yaratdığı sosial media şirkətindəki səhm payına görə, ilk dəfə 2008-ci ildə “Forbes”in Dünya Milyarderləri siyahısına daxil olmuşdur.

Hazırda, Zukerberqin sərvəti 60 milyard dollardan çoxdur.

Moneta.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...