Ən təhlükəsiz avtomobil: Volskwagen Arteon

1
1854
Volskwagen Arteon

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib.

“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Volskwagen Arteon

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

“Premium” kateqoriyasında “Volskwagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

“Kompakt krossover” kateqoriyasında “Volvo XC60” modeli, “Mini krossover”lərdən – “Volkswagen T-Roc” testin qalibi olub.

“B” sinfində (kiçik avtomobil) “Volkswagen Polo”, “Kompakt” sinfində “Opel Crossland X” birinci yeri tutub.

Ən təhlükəsiz “ailə avtomobili” isə “Subaru Impreza” və “Subaru XV” modelləri müəyyən olunub.

1 COMMENT