Ən çox milyarderin yaşadığı 14 ölkə ilə tanış olun

Date:

Paylaş:

İsveçərinin bankı “UBS”in hazırladığı yeni hesabata istinadən xəbər veririk ki, milyarderlərin çoxunun vətəni ABŞ-dır. Lakin, Çin və Hindistan tezliklə ABŞ-a çatacaq.

2016-cı ildə ortaya çıxan milyarderlərin dörddə üçü Çin və Hindistandandır. Ölkələr milyarderlərin ümumi sayına müvafiq olaraq 67 və 16 milyarder əlavə edib.

Əgər hazırkı trend davam edərsə, Asiyalı milyarderlərin sayı dörd ilə ABŞ milyarderlərinin sayını ötəcək.

Lakin, hazırda ABŞ dünyanın milyarder sərvətinin ən böyük təmərküzləşməsidir. 563 Amerikalı milyarderin ümumi sərvəti 2.8 trilyon dollar (ötən il 2.4 trilyon dollar idi).

Yazının davamını oxuyaraq ən çox milyarderlərə sahib 14 ölkəni tanıya və hər bir ölkədə neçə milyarderin yaşadığını biləcəksiniz.


14. Sinqapur: 21 milyarder

14. Singapore: 21 billionaires

Fotoda: Wee Cho Yaw “United Overseas Bank”ın ən böyük səhmdarıdır və 8 milyard dollar sərvəti var.


13. İspaniya: 25 milyarder

13. Spain: 25 billionaires

Fotoda: Amansio Orteqa “İnditex” moda qrupunun təsisçisidir və sərvəti 77,8 milyarddır.

12. Türkiyə: 29 milyarder

12. Turkey: 29 billionaires

Fotoda: Fərid F. Səhəng “Doğuş Holding”in sədridir və 2.2 milyard dollar sərvəti var.


11. Yaponiya: 33 milyarder

11. Japan: 33 billionaires

Fotoda: Tadashi Yanai Asiyanın ən böyük geyin pərəkandə satış şəbəkəsi “Fast Retailing”in sədri və ən böyük səhmdarıdır və 17 milyard dollar sərvəti var.

10. İsveçər: 35 milyarder

10. Switzerland: 35 billionaires

Fotoda: Ernesto Bertarelli dərman istehsalçısı “Serono”nu varisidir və 15.7 milyard dollar sərvəti var.


9. Fransa: 39 milyarder

9. France: 39 billionaires

Fotoda: Dünyanın ən böyük lüks geyim istehsalçısı “Louis Vuitton”nun sədri Bernard Arnaultun sərvəti 56.2 milyard dollardır.


8. İtaliya: 42 milyarder

8. Italy: 42 billionaires

Fotoda: Giovanni Ferrero şirniyyat şirkəti “Ferroro” Qrupuna nəzarət edir və 23.3 milyard dollar sərvəti var.


7. Böyük Britaniya: 55 milyarder

7. United Kingdom: 55 billionaires

Fotoda: Jim Ratcliffe kimyəvi məhsullar istehsalçısı “İneos”un təsisçisi və əsas səhmdarıdır. Onun sərvəti 9.8 milyard dollardır.


6. Honk Konq: 69 milyarder

6. Hong Kong: 69 billionaires

Fotoda: Li Ka-Shing infrastruktur konqlomeratı “CK Hutchison” Hondinqinə nəzarət edir və sərvəti 34 milyard dollardır.


5. Rusiya: 96 milyarder

5. Russia: 96 billionaires

Fotoda: Aleksey Mordaşov polad istehsalçısı “Severstal”ın əsas səhmdarı və sədridir. Onun sərvəti 19.1 milyard dollardır.


4. Hindistan: 100 milyarder

4. India: 100 billionaires

Fotoda: Mukeş Ambani “Reliance Industries Limited”in sədri, direktoru və ən böyük səhmdarıdır. Onun sərvəti 40 milyard dollardır.


3. Almaniya: 117 milyarder

3. Germany: 117 billionaires

Fotoda: Susanne Klatten avtomobil istehsalçısı BMW-nin varisidir və sərvəti 22.7 milyard dollardır.


2. Çin: 318 milyarder

2. China: 318 billionaires

Fotoda: Wang Jianlin “Dalian Wanda” Qrupunun təsisçisi və sədridir. Onun sərvətinin 28.2 milyard dollar olduğu bildirilir.


1. ABŞ: 563 milyarder 

1. United States: 563 billionaires

Fotoda: Uorren Baffet əfsanəvi investor və “Berkshire Hathaway”in sədridir. Onun sərvəti 81.6 milyard dolları var.

Moneta.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...