Ən çox milyarder yaşayan şəhərlər

Date:

Paylaş:

Milyarderlər hansı şəhərlərdə yaşayır?

Forbes jurnalı hər il olduğu kimi bu il də ən çox milyarder yaşayan şəhərləri sıralayıb. Onlardan beşini sizə təqdim edirik.

5.Pekin 

milyarder

Çinin paytaxtı Pekin siyahımızda 5ci yerdə qərarlaşır. Pekinin milyarderləri arasında isə Zhang Xin və Pan Shi Yi kimi Çinin ən əhəmiyyətli iş adamları olaraq tanınan daşınmaz əmlak sərmayəçiləri olduğunu söyləyə bilərik. Nəticə olaraq bu şəhərdə 45 milyarder var.

4.London

milyarder

Dünyada olan milyarderlərdən 46 nəfər Londonda yaşayır. Bu milyarderlərin ümumi sərvətinin 133.7 milyard dollar, ortalama sərvətlərinin isə 3.43 milyard dollar olduğunu söyləyə bilərik. Şəhərdə yaşayan zənginlər arasında gözə dəyən adlar isə Hindistanlı Lakshmi Mittal və David Rubendir.

3.Hong Kong 

milyarder

Bir çox milyarderə ev sahibliyi edən Hong Kong isə Siyahımızın 3-cü sırasında iştirak edir. 64 milyarderin yaşadığı şəhərdə daşınmaz əmlak, turizm və bir çox fərqli investisiya sektoru var. Bundan başqa Honk Konqda yaşayan milyarderlərdən birinin kazino kralı sayılan məşhur Lui Che Woo olduğu da məlumdur. 8.9 milyard dollarlıq sərvəti olan Lui Che Woodan başqa e-ticarət sahəsindən 5 milyard dollarlıq sərvət qazanan Cozef TAInin də bu şəhərdə olduğunu nəzərinizə çatdıraq.

2.Moskva 

milyarder

Moskva deyiləndə isə ağlımıza ilk gələn adlar Alisher OsmanovViktor Vekselberg olur. Öz səyləri sayəsində milyarder olmağı bacaran bu insanlar da böyük şirkətlərə sahibdir. Viktor Vekselberg Renova Groupun rəhbəridir. Osmanovun isə 14.7 milyard dollarlıq sərvəti var. Nəticədə, Moskva 68 milyarderə ev sahibliyi edir və 68 adamın ümumi sərvəti 333.9 milyard dollardır.

1.New York 

milyarder

78 milyarder ilə dünyanın ən çox milyarderinin olduğu şəhər New York hesab edilir. Bu 78 adamın arasında Michael Bloomberg, Rupert Murdoch kimi əhəmiyyətli şəxsiyyətlər var. Digər tərəfdən ABŞda yaşayan milyarderlərin sayı 541 nəfərdir və belə hesab etmək olar ki milyarderlərin çoxu New-Yorku özünə məskən seçiblər.

Maraqlı ola bilər: Ən varlı insanlar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...