Əl işlərini Amerikaya satan azərbaycanlı sənətkar

0
1687

Salam, Kənan bəy, hansı növ sahibkarlıq fəaliyyəti ile məşğul olursunuz?

Salam. Mən artıq 8 ildirki Azərbaycanın musiqi alətlərindən suvenirlər hazırlayıram. Ölkəmizdə və bir çox xarici ölkələrdə sərgilərdə öz işlərimlə ölkəmizi təbliğ edirəm

Getnsmile da satmaq fikrinə necə gəldiniz?

Ilk öncə, social şəbəkədə mənə təklif etdilər. Əvvəlcə, doğrusu, o qədər də ümid bəsləmirdim. Amma razılaşdım və əməkdaşlar mənə kömək etdilər ki işlərimi saytda satışa çıxarım.

Amerikaya məhsul satmısınız? Əgər satmısınızsa, hansı məhsul?

Bəli artiq ilk satışımı etdim. İşlərimin saytda yerləşdirilməsindən 1 ay sonra sifarişi aldım. Çox sevindim, həqiqətən. Sifariş Amerikada yaşayan soydaşımızdan gəlmişdi. Ağac kötüyünün üstündə Tar, Kaman və Qaval idi. Çox təəccübləndim.

Getnsmile in sizə göstərdiyi xidmətdən razısınızmı?

Əlbətdə ki, Bəli. Çünki bu layihə həm ölkədə kiçik sahibkarlara və sənətkarlara dəstətək üçündür. Və bununla birlikdə, ölkəyə valyuta axınını təmin edir. Bu təbii ki, gözel addımdır. Və bəzi hökumət təşkilatlarının da bu layihəyə dəstəyini istərdim ki, göndərilən məhsullar hər hansı problem yaşanmadan müştəriyə təhfil verilsin.

Digər sahibkarlara bizneslərini böyütmək üçün nə təklif edərdiniz?

Sadece ilk addımı atın. Bu addım sizi uğura apara bilər. Hal-hazırda online satış daha sərfəli və rahatdır. Heç vaxt yoxlamamısınızsa indi sınaqdan keçirin. Getnsmile kollektivi sizə dəstək olacaq.