Əsas səhifə İş qadını Əncir cipsi istehsal edən Türk iş qadını

Əncir cipsi istehsal edən Türk iş qadını

558
PAYLAŞ

Türkiyənin Aydın vilayətində yaşayan Semra Ünal və qızı Gizem Ünal birlikdə yetişdirdikləri əncirləri qurudaraq yeni bir məhsul əldə ediblər – əncir cipsi. Həm yeni bir məhsul həm də kreativ bir ideya.

Semra Ünal orta təhsillidir. Əslində tarla işlərini sevməyən Ünal ailə həyatı qurduqdan sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb.

Semra Ünal yoldaşının yol kənarında satdığı əncirlərin bəzilərinin artıq qaldığını gördükdən sonra onları günəşin altında qurutmaq qərarına gəlib. Beləliklə əncir cipsilər meydana gəlib.

Dilimlənmiş əncirləri qurudub ilk olaraq qonşularına və yaxınlarına daddıran Semra bunun yaxşı bir iş fikri olduğunu başa düşüb. İstanbul Universitetində biznesin idarə edilməsi fakültəsində oxuyan qızı Gizemlə bu iş fikrinin necə inkişaf etdirilməsi ilə bağlı məsləhətlər alıb.

Onlar ilk olaraq təxminən 15 min manatlıq güzəştli kredit əldə ediblər. Keçən il 400 kiloqram əncirin kiloqramını 12 manatdan satıblar. Əncir cipsiləri isə internetlə satırlar. Bu biznes ideyası onlarla insana da işləmək imkanı yaradıb. İş qadını Semra bu il 1 tondan çox əncir satmağı planlaşdırır.