Əsas səhifə İş adamları Ən gözəl və yaraşıqlı milyarderlər

Ən gözəl və yaraşıqlı milyarderlər

1925
PAYLAŞ

1. Tory Burch

Bütün dünyada Tory Burch markalı və qızıl emblemli ayaqqabı, çanta, ətir kimi əşyaları görə bilmək ehtimalınız olduqca yüksəkdir. Tory Burch 2004-ci ildə markasını yaratdıqdan sonra sərvəti 1 milyard dollara qədər yüksəldi. Tory məşhurlar və adi insanların geyə biləcəyi rəngli dizaynları ilə tanınır. Eyni zamanda ev kolleksiyası da hazırladığı və bu dizaynlardan çox sayda mükafat aldığı da məlumdur.

9. Diane Von Furstenberg

Belçikada doğulan və hazırda ABŞ-da yaşayan Diane Von Furstenberg DVF markasının qurucusu və məşhur şal paltar dizaynını icad edəndir. DVF kiçik bir aradan sonra 1997-ci ildə yenidən işə başladı.
Diane multi milyard dollarlıq şirkət ilə öz televiziya verilişinə sahibdir. Diane Von Furstenberg 1970-ci illərin mətbuatında rəngli dizaynları və cazibədar həyat tərzi ilə məşhur idi.

8. Sheryl Sandberg

Facebookun 45 yaşlı CEO-su Time jurnalı tərəfindən ən təsirli 100 adamdan biri olaraq seçilib. Sandberg Şimali Amerikada ən zəngin qadınlarından biridir və 1.3 milyard dollar sərvətə malikdir.

Sandberg qara saçları və göz qamaşdırıcı gülümsəməsi ilə milyard dollarlıq sərvətə hökm edir. Bundan başqa Sandberg 2014-ci ildə “avtoritar” sözünün qadınların və qızların liderlik rollarına mənfi təsir etdiyini bildirdi və bu sözə qarşı bir kampaniya başlatdı. Kampaniyaya Beyonce və Jennifer Garner kimi məşhurlar da dəstək verdi. Sandbergin Disney İdarə heyətinin üzvü və Qlobal İnkişaf Mərkəzi üzvü olması da məlumdur.

7. Aerin Lauder Zinterhofer

Aeri Lauder gözəlliyi və zənginliyi ilə olduqca məşhur bir insandır. Erkən yaşda uğur qazanan insanlardandır. Atası Avstriya, ABŞ səfiri və Dünya Yəhudi Konqresi başçısı kimi bir sıra vəfizələrdə çalışıb. Aeri Lauder kosmetika kralı və qurucusu Estee Lauderin nəvəsidir.

Aeri Lauder güclü bir ailədən gəlir və babasının mirasına sahib olacağı söylənilir. Aeri eyni zaman öz işini də quraraq olduqca müvəffəqiyyətli bir iş adamı oldu.

6. Alejandro Santo Domingo Davila

Alejandro, Santo Domingo Qrupu və Bavyera pivə şirkətin qurucusu Julio Santo Domingo Pumajero’un oğludur. Julio, üç oğluna 10 milyard dollar dəyərində bir sərvət buraxaraq 2011-ci ildə vəfat edib. 38 yaşındakı Alejandro 4.4 milyard dollar dəyərində sərvətiylə Forbesə görə ən gənc milyarderlərdən biridir.

Alejandro hələ də Santo Domingo Qrupu ilə Quadrant Capital Advisors üçün maliyyəçi kimi çalışır. Bundan başqa Metropolitan İncəsənət Muzeyi heyətində xidmət göstərir. Xeyriyyəçi Alejandro’nun təbiət qoruma və sümük iliyi xeyriyyə fondlarına yardım etdiyi da məlumdur.

Təşəbbüskar 44 yaşında 1.3 milyard dollar sərvətə sahib oldu. Estee Lauder şirkətində də 16 milyondan çox hissəyə sahib olduğu bilinməkdədir.

5. Carrie Perrodo

Carrie Perrodo 10 milyard dollara yaxın bir sərvətə malikdir. Sinqapurda Ka Yee Wong’da dünyaya gələn Carrie sonradan Fransaya köçmüşdür. Carrie bir təşəbbüskar olmasına baxmayaraq sərvətinin əksəriyyəti mirasdan qalıb. Carrie Fransız təşəbbüskar Hubert Perrodo ilə evlənib və öz biznesini qurub.

Carrie Perrodo 64 yaşındadır və hələ də Qərb dünyasının ən varlı və ən gözəl qadınlarından biri kimi qəbul edilir.

4. Petr Kellner

Kellner Çex Respublikasının ən varlı insanıdır. 11 milyard dollar dəyərində sərvətə sahib olduğu hesab edilir. Sərvətinin əsas hissəsi 1991-ci ildə qurulan bir sığorta və investisiya fondundan gəlir. Keller sığorta investisiya fondu PPF-nin 98.4 faiz hissəsinə, Boeing 737 təyyarələrinə və bir çox ölkədə daşınmaz əmlaka sahibdir.

3. Stefan QUANDT

Güclü bir ailədən gələn QUANDT 15.5 milyard dollar sərvətə sahibdir. Alman mühəndis QUANDT atasından miras qalan BMW’nin 17.4 faiz hissəsi vasitəsilə sərvətini qazanıb. QUANDT hələ də BMW-nin yoxlama heyətinin üzvüdür. Anasına aid bir dijital təhlükəsizlik şirkəti olan DELTON AG’yi də 18.3 faiz hissə ilə idarə edir.

2. Laurene Powell Jobs

Laurene Powell Jobs Steve Jobs 2011-ci ildə öldüyündə olduqca böyük bir mirasa sahib oldu. Miras 38.5 milyonluq Apple və Walt Disneyin 7.3 faizlik hissəsini əhatə edir. Bundan başqa Laurene Powell Jobs 19.4 milyard dollar sərvətiylə ABŞ-da 29 ən varlı insandan biri seçildi.

1. Sergey Brin

Sergey Brin hamımızın tez-tez istifadə etdiyi axtarış mühərriki Googleun qurucusudur. Brin Stanford Universitetində Kompüter elmlərində təhsil alarkən dünyanı dəyişdirə biləcək fikri meydana gətirməyə başlamışdı. Sonunda bu fikri reallaşdırdı və ən çox tanınan insanlardan biri oldu. Hazırda onun sərvəti 38.4 milyard dollardır.

PAYLAŞ