Əsas səhifə İş adamları Ən çox milyarder yaşayan ölkələrin ən varlı insanları

Ən çox milyarder yaşayan ölkələrin ən varlı insanları

493
PAYLAŞ

Forbes siyahısına görə dünyada 1,810 dollar milyarderi var və bu kəslərin ümumi sərvətləri 6,5 trilyon dollardır.

Fransa, İspaniya və İtaliyada milyarderlər ən çox pərakəndə, geyim və qida sektorunda olduğu halda, Rusiyada enerji və dağ-mədən, ABŞ-da isə texnologiya və maliyyə başlıca sərvət mənbəyi kimi önə çıxır.

Bəs ən çox milyarder olan ölkələrdə ən varlı insanlar kimlərdir?

25. Norveç

13 milyarderi olan Norveçin varlıları pərakəndə, nəqliyyat və xidmət sektorunda üstünlük təşkil edirlər. Ölkənin ən varlı insanı Odd Reitan sərvətini 1972-ci ildən bəri Skandinaviya və Baltik ölkələrində xidmət göstərən Reitangruppen mağaza və market şəbəkəsi ilə əldə edib. Reitan bütövlükdə şirkətin hamısına sahibdir.

24. Meksika

14 milyarderi olan Meksikanın ən varlı insanı Carlos Slim Helu eyni zamanda dünyanın da ən varlı 4-cü insanıdır. Helu Latın Amerika mobil operatoru America Movilin sahibidir.

23. Tayland

Charoen Sirivadhanabhakdi ölkənin 16 milyarderi arasında ən varlısı və Chang pivəsiylə tanınan Thai şirkətinin sahibi olmaqla yanaşı ölkənin ən böyük supermarket şəbəkəsi Big C Supercenterin də sahibidir.

22. Sinqapur

17 milyarderi olan ölkənin ən varlıları ümumiyyətlə əmlak sektorundadır. Robert & Philip Ng qardaşları 7 milyard dollarla ölkənin ən varlılarıdır. Qardaşlar son illərdə Avstraliyada ciddi əmlak yatırımları edirlər.

21. İsrail

17 milyarderi olan İsraildə ən varlılar müxtəlif sektorlarda çıxış edirlər. Ölkənin ən varlısı olan Eyal Ofer isə 8 milyard dollarlıq sərvətini ona qalan mirası düzgün şəkildə idarə etdiyi üçün qazanıb. Ofer Zodiac Maritime adlı nəqliyyat şirkətinin və çox zəngin bir sənət kolleksiyanın da sahibidir.

20. İndoneziya

İndoneziyanın 20 milyarderi var və ən varlı insanı 1950-ci ildə iflas etmiş bir siqaret şirkətini satıb alıb Djarum adlı siqaret şirkətini quran R. Budi Hartonodur.Onun hazırda 8.1 milyard dollarlıq sərvəti var.

19. İspaniya

Amancio Ortega Zaranın qurucusu və Avropanın ən varlı insanı olmaqla yanaşı həm də İspaniyanın ən varlısıdır. O reklama xərclənən pulları məhdudlaşdıraraq və tədarük şəbəkəsinə ciddi şəkildə nəzarət edərək sektorda bir nömrə olmağı bacara bilib.

18. Tayvan

Tayvan vətəndaşlığına sahib 25 milyarderin çoxu Taipei və ya Çində yaşayır. 6 milyardlıq sərvəti ilə ölkənin ən varlı insanı olan Eng-Meng Tsai da Şanxayda yaşayır. Tsai atasına aid I Lan Foods Industrial’dan qəlyanaltı məhsullar satan nəhəng bir şirkət olan Want Want Chinanı yaradıb. Onun həmçinin maliyyə və turizm sektorunda da yatırımları var.

17. Avstraliya

Avstraliyada milyarderlərin ümumilikdə 61.7 milyard dollar sərvəti var. Ölkənin ən varlı insanı Gina Rinehart da atasının müflis olmuş əmlak şirkətinin alıb başqa sahələrə yönəldərək böyük uğurlara imza atıb.

16. İsveç

İsveçli milyarderlər sərvətlərini H & M, IKEA və Minecraft kimi markalar yaradaraq əldə ediblər. H & M adlı geyim firmasının 28 faizlik hissəsinə sahib olan və 20 milyard dollar sərvəti olan Stefan Persson ölkənin varlı adamıdır. Hazırda geyim sektorunda əhəmiyyətli bir mövqeyə sahib olan şirkəti 40-cı illərdə atası Erling Persson yaradıb.

15. Yaponiya

Yaponiya deyilincə ağıla texnologiya gəlir və ölkənin milyarderlerinin çoxu da texnologiya sahəsində iştirak edirlər. Tadashi yana 14,6 milyard dollarlıq sərvətiylə ölkənin ən varlı insanıdır. Amerika və Avropa bazarında da sürətlə böyüyən geyim mağazaları Uniqlo ilə Yanan 2020-ci ildə Zaraya sahib olan Inditexi keçərək dünyanın ən böyük pərakəndə mağaza şəbəkəsi olmağı hədəfləyir.

14. Türkiyə

30 milyarderə sahib olan və bu insanların 45 milyard dollar sərvətə sahib olduğu Türkiyənin ən varlı insanı Ülker holdingin sahibi Murat Ülkerdir. Ülker, Ulker Biscuits, Demet s Candy, Godiva və United Biscuits kimi qlobal məhsullarını Pladis adı altında birləşdirib və 350 milyard dollarlıq bazarda liderliyi hədəfləyir.

13. Cənubi Koreya

Cənubi Koreyanın milyarderləri texnologiya və qida sahəsində cəmləşib. Samsung Qrupunun başçısı Lee Kun-Hee 9,6 milyard dollarlıq sərvətiylə ölkənin ən varlı insanı və tekstil, inşaata, IT xidmətlərindən elektron məhsullara qədər bir çox sahədə aktivdir.

12. Braziliya

31 milyarderə sahib olan Braziliyanın ən varlı 5 insanından 3-ü pivə milyarderidir. Jorge Paulo Lemann 27,8 milyardlıq sərvətini dünyanın ən böyük pivə istehsalçısı Anheuser-Busch InBev’deki payına borcludur.

11. İsveçrə

Beynəlxalq maliyyə mərkəzi olan ölkənin 32 milyarderinden yalnız 7-i maliyyə sahəsində xidmət göstərir. Ölkənin ən varlısı olan Ernesto Bertarelli, MS xəstəliyi üçün Rebig adlı dərmanın istehsalçısı olan biotexnologiya nəhəngi Serononu böyük dövriyyəyə çatdırıb 2007-ci ildə 9 milyard dollara Merckə satmışdı.

10. Kanada

Kanadanın milyarderləri Uber, lululemon və Cirque du Soleil kimi markaları yaradıblar. 33 milyarderi ölkənin ən varlı insanı isə media və nəşriyyat sahəsində böyük bir gücə sahib olan David Thomson və ailəsidir. Thomsonlar Thomson Reutersın 58 faizlik hissəsinə sahib olmaqla yanaşı Telekom nəhəngi Bell Canada və Toronto mərkəzli Globe və Mail qəzetlərinin də sahibidirlər. Thomson 24 milyard dollarlıq nəhəng bir sərvətə sahibdir.

9. Fransa

Fransa Chanel, LVMH və Hermes kimi moda nəhəngləriylə və ağ süd məhsulları ilə önə çıxır. L’Oreal’in sahibi Liliane Bettencourt ölkənin ən varlı insanıdır. Kosmetika şirkəti L’Oreal 1907-ci ildə atası Eugene Schueller tərəfindən yaradılıb. Bettencourt 36 milyardlıq sərvəti ilə Avropanın ən varlı qadınıdır.

8. İtaliya

43 milyarderə sahib İtalyanın milyarderlerini soy adlarının Prada, Armani, Ferrari və Bulgari kimi marka adlarına uyğun olduğuna görə bir çox adam tanıyır. Ölkənin ən varlı insanı isə Nutella, Kinder və Tic-Tac şəkərlərini də özündə birləşdirən Ferrero qrupunun sahibi Maria Franca Fissolodur (22.1 milyard dollar).

7. Birləşmiş Krallıq

50 milyarderə sahib Birləşmiş Krallığın milyarderləri əmlak, maliyyə və moda sektorundadırlar. Hinduja Groupa nəzarət edən Hinduja ailəsi ölkənin ən varlı insanlarından ibarətdir. Hinduja Group media, maliyyə, enerji kimi bir çox sahədə güc sahibidir.

6. Hong Kong

60 milyarderə və bu insanların ümumilikdə 240 milyard dollarlıq sərvətə sahib olduğu ölkənin ən zəngin insanı Ka-Shing Ladır. O, enerjidən telekommunikasiya və pərakəndə əmlaka qədər müxtəlif sahələrdəki fəaliyyətləri ilə 27 milyardlıq bir sərvətə sahibdir və 300 minə yaxın adamı şirkətlərində çalışdırır.

5. Rusiya

Enerji və mədənçilik sektorları Rus milyarderlerinin var-dövlət mənbəyini meydana gətirir. 77 milyarder arasında ən varlı insan isə Sibur adlı Petro-kimya zavodunun sahibi, təbii qaz istehsalçısı Novatekin də böyük səhmdarlarından olan Leonid Mikhelsondır.

4. Hindistan

84 milyarderi olan ölkənin milyarderləri, geyim, səhiyyə, texnologiya, əmlak və maliyyə kimi müxtəlif sahələrdə iştirak edirlər. Neft və qaz şirkəti Reliance Industries’in səhmdarlarından Mukesh Ambani 19,3 milyardlıq sərvəti ilə ölkənin ən varlı insanıdır.

3. Almaniya

120 milyarderi olan ölkənin milyarderlerinin 37’si geyim və pərakəndə, 19u səhiyyə, 18-i emalat sektorunda xidmət göstərir. 1946-cı ildə Aldi süpermarketlerini quran Karl Albrecht’in oğulları Beate Heister və Karl Albrecht (25.9 milyard dollar) ölkənin ən varlı insanlarıdır.

2. Çin

251 milyarderə ev sahibliyi edən Çinin ən varıl insanı Jianlin Wang ticarətə əmlak podratçısı kimi başlayıb. Wang tərəfindən nəzarət edilən şirkətlər son illərdə beynəlxalq sahədə ciddi şəkildə inkişaf göstəriblər. Ironman Triathlons, Legendary Entertainment və AMC Entertainment Holdinq Wanga aiddir. Wang Atletico Madridin də ortaqlarındandır.

1. ABŞ – Bill Gates

540 milyarderi olan və sərvətləri 2,399 trilyon dollara çatan ABŞ-ın ən varlıları maliyyə, texnologiya və qida sektorunda cəmləşib. Microsoft qurucusu Bill Gates ölkənin ən varlı insandır. Gatesin Microsoftdakı 3 faizlik hissəsi 75 milyard dollarlıq sərvətinin 20 faizini təşkil edir.

PAYLAŞ