Əsas səhifə Texnologiya Ən çox istifadə edilən şifrələr

Ən çox istifadə edilən şifrələr

367
PAYLAŞ

Son zamanlar yaşanan kiber hücumlar təsdiq etdi ki, bir çox insan hələ də öz hesablarına ən zəif şirfələri təyin edirlər. Hesabımızdakı şifrələr nə qədər etibarlı olsa da mütəxəssislərin tövsiyyəsinə əsasən bir müddət sonra eyni şifrəni istifadə etmək təhlükə yaradır. Düzdür çoxumuz məcbur qalmadıqca şifrəmizi dəyişdirməyə ehtiyac duymuruq.

Kiber təhlükəsizlik şirkəti Keeper Security əldə etdiyi məlumatlar əsasında dünyada ən çox istifadə edilən məşhur şifrələri mediaya çatdırıb. Şirkətin açıqladığı məlumatlardakı şifrələrdən hər hansı birini istifadə edirsinizsə dərhal dəyişməyiniz tövsiyyə olunur. Çünki internet artıq bizim həyatımızın bir hissəsinə çevrilib və məlumatlarımızın əksər hissəsini bu virtual aləmdə saxlayırıq. Bundan əlavə sizin hər hansı sosial şəbəkə hesabınızın şifrəsini əldə etməklə mesaj qutularınızdan şəxsi məlumatlarınızı, bank hesablarınızın məlumatlarını əldə etmək ehtimalı da böyükdür. Buna görə də diqqətli olun və daha çətin şifrələr təyin edin. Ən çox istifadə edilən şifrələr isə aşağıdakılardır:

  1. 123456
  2. 123456789
  3. Qwerty
  4. 12345678
  5. 111111
  6. 1234567890
  7. 1234567
  8. Password
  9. 123123
  10. 987654321
  11. Qwertyuiop
  12. Mynoob
  13. 123321
  14. 666666
  15. 18atcskd2w
  16. 7777777
  17. 1q2w3e4r
  18. 654321
  19. 555555
  20. 3rjs1la7qe
  21. Google
  22. 1q2w3e4r5t
  23. 123qwe
  24. Zxcvbnm
  25. 1q2w3e.

Şifrə təyin edən zaman çalışın ən az 8 simvoldan istifadə edin və içində kiçik, böyük hərflər və rəqəmlər istifadə olunsun.

 

PAYLAŞ